... Ağsaqqallıq misiyası hələ gənc yaşlarından onun alın yazısı olub » Yerli İnformasiya Agentliyi
» » ... Ağsaqqallıq misiyası hələ gənc yaşlarından onun alın yazısı olub

... Ağsaqqallıq misiyası hələ gənc yaşlarından onun alın yazısı olub


Hər kəs yaşadığı ömür payının mənası onun əməlləri, yaşadığı cəmiyyətdə göstərdiyi xidmətləri ilə ölçülür. O kəslər xoşbəxtdirlər ki, taleyinə yazılmış ömür payını şərəflə yaşayır və fəaliyyəti ilə yaddaşlarda qalır, özündən sonra silinməz iz qoymağı bacarır.

Ömrünün   61 – ci baharında uzun sürən xəstəlikdən sonra haqq dünyasına qovuşan Əlitahir Xammədov da yaşadığı zəngin həyat yolunda  el-obana gərəkli olmaq üçün çalışıb. Əsl azərbaycanlıya məxsus milli-mənəvi keyfiyyətləri ilə həmyaşıdları, dostları arasında xüsusi hörmət qazanmışdır. 

Səmimiyyəti, istiqanlılığı və təvazökarlığı ilə hamının hörmətini qazanmış Xammədov Əlitahir Rəhim oğlu  1960 – cı ilin 16 mayında Biləsuvarın Nərimankənd kəndində müəllim ailəsində  anadan olub. Uşaqlıqdan təhsilə, kitaba marağı olub, elmi biliklər öyrənməyə bağlanmışdı. Orta məktəbi əla qiymətlərlə başa vurub, hüquqşunast olmaq arzusuna bir addımlığadək yaxınlaşır, anacaq ən sonda bu fikrindən daşınıb.

O, ali təhsilini  Gəncə Kənd Təsərrüfatı Akademiyasında alır,  iqtisadtçı  ixtisasına yilələnərək, öz doğma kəndinə qayıdıb. Uzun illər kolxoz təsərrüfatında çalışır, iqtisadçı, baş iqtisadçı və kolxoz sədrinin müavini vəzifələrinin öhdəsindən uğula gəlib. Xeyirxahlığı həyat amalı kimi qəbul edən Əlitahir müəllim çalışdığı kollektivlərin idarə olunmasında haqq bildiyi yolda heç vaxt geri çəkilməmişdir. Məhz onun müsbət keyfiyyətləri doğmaları ilə yanaşı, elinin sevimlisi etmişdir. Öz kəndinin, çalışdığı kollektivin problemini özünki bilib, baçardığı dəstəyini əsirgəməməyib. Ən üstün keyfiyyətlərindən biri – yüksək təşkilatçılıq bacarığı hələ gənc yaşlarından onu ağsaqqallıq misiyasına yüksəldib. Yaşa dolduqca  alın yazısı olmuş bu misiya onun həmyerliləri arasında hörmət və rəğbətini artırıb.

Əlitahir müəllim əmək fəaliyyəti çalışdığı kollektivlərin uğurları ilə də yadda qalıb. Ömrünün son 10 ilində  “ Azərpambıq ASK “ MMC - nin Təcrübə Sınaq Təsərrüfatına rəhbərlik etmişdir. Rəhbərlik etdiyi kollektiv qarşıya qoyulan tapşırıqlara daima vaxtında əməl edərək, ölkə üzrə ən qabaqcıl olmuşdur. 

Zaman keçsə də Əlitahir müəllimin yaşadığıa şərəfli ömür payında göstərdiyi yaddaqalan və səmərəli fəaliyyəti ilə doğmaları təskinlik tapacaqlar. Əlitahir müəllimin doğmaları - nəslinin davamçıları, eləcə də həmyerliləri və onun haqqında məlumatı olan hər kəs şərəfli ömür yaşamış bu insanın xatirəsinə ehtiramla yad edəcəklər. O, özündən sonra yolunu davam etdirəcək övladlarını layiqli vətəndaş kimi  yetişdirməyi də bacarıb.  2 oğul və 1 qız atasıdır, hər birinə ali təhsil alıb. Böyük oğlu Orxan iqtisatçı, Elxan hüquqşunastdır. Qızı Türkan müəllimlik peşəsini seçib.

Böyük bir nəslin davamçılarından olan Əlitahir müəllimin əziz xatirəsi ailəsi, doğmaları ilə yanaşı onu tanıyanların hər kəsin qəlbində daima yaşayacaqdır.

Allah rəhmət eləsin!.

Fuad Xammədov,
mərhumun doğması 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
torpaq