» » » 18 yaşlı şəhidimiz - Şəhriyarın xatirəsi ehtiramla anıldı


18 yaşlı şəhidimiz - Şəhriyarın xatirəsi ehtiramla anıldı

 
Bu gün  Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Mirişli Şəhriyar Bəxtiyar oğlunun xatirəsi ehtiramla anılıb.
 
“ Bilesuvarinfo " xəbər verir ki, şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar rayonunun rəhbərliyi və ictimaiyyəti nümayəndələri  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
 
Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı şəhidin  yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı  oldu. Daha sonra, Biləsuvar şəhər qəbristanlığında  şəhidin məzarı ziyarət olunmuş, əziz ruhuna dualar oxunmuşdur.
 
Qeyd edək ki, Mirişli Şəhriyar Bəxtiyar oğlu  2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Doğulduğu ailənin böyük oğlanları- Mahir və Araz həqiqi hərbi xidmətləri zamanı Aprel döyüşlərində iştirak ediblər. Digər qardaşı Ağacəvər hazırda Maxe kimi vətənə xidmət göstərir, o, da vətən torpaqlarının işğaldan azad olunmasında qəhrəmanlıqla döyüşüb.

Şəhriyar Vətən müharibəsi başlayanda həqiqi hərbi xidmətinin altıncı ayını başa vurmuşdu. Qorxmazlığı və çevikliyinə görə XTQ-də xidmət götərən Şəhriyar Cəbrayıl və Füzuli rayonları uğurunda  gedən döyüşlərdə şücaət göstərmişdir.

O, Laçın rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Ş. Mirişli "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
 
Allah  rəhmət eləsin!.
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan