» » "İngilis dili sinifdən xaricə"


"İngilis dili sinifdən xaricə"


Biləsuvarda "İngilis dili sinifdən xaricə" layihəsinin açılış mərasimi olub.

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində təqdimatı reallaşan daha bir layihə belə adlanır.

"Bilesuvarinfo" xəbər verir ki,  layihənin açılış mərasimi rayonun Gənclər Evində olub.
 
Açılış mərasimində layihə rəhbəri  Vəfa İsayeva çıxış edərək layihənin mahiyyəti haqqında ətraflı danışıb. Bildirib ki,   əsas məqsədimiz kənd məktəbində oxuyan şagirdlərin ingilis dilində danışıq və ünsiyyət bacarıqlarının artırılması, müxtəlif online oyunların və görüşlərin təşkilidir.


Hal - hazırda rayonda içra olunan digər layihələr kimi, bu layihənin də icra olunmasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə əməkdaşlıq edəcəkdir. Bu haqda assosiyanın rəhbəri , layihənin təlimçisi Rüfət Əsədzadə məlumat verərkən qeyd etmişdir.

Rayonun ümumtəhsil məktəblərinin ingilis dili müəllimlərinin və rayon təhsil şöbəsinin əməkdaşı Nərmin Məmmədlinin də qatıldığı  layihənin təqdimatı maraqlı diskussiya şəraitində davam etmişdir.

Qeyd edək ki, layihə üzrə  təlimlər 10 kənd üzrə 120 şagirdi əhatə edəcək və sonda layihəni uğurla başa vuran şagirdlərə sertifikat veriləcək. Layihə növbəti ilin iyunun 15-dək davam edəcək.




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan