» Yeni layihədə 30 müəllimin iştirakı nəzərdə tutulub


Yeni layihədə 30 müəllimin iştirakı nəzərdə tutulub

Biləsuvarda  ingilis dili müəllimləri üçün nəzərdə tutulan yeni  layihənin açılış mərasimi olub.

"Bilesuvarinfo" xəbər verir ki,  "E-Teachers" adlanan layihə ingilis dili müəllimlərinin müasir tədris alətlərindən istifadə bacarıqlarının artırılması məqsədilə həyata keçirilir.

Bu gün Biləsuvar rayon Gənclər Evində layihənin açılış mərasimində layihə rəhbəri Azər Əliyev, ekspert Rüfət Əsədzadə, rayon təhsil şöbəsinin əməkdaşı Nərmin Məmmədli və ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri iştirak edib. 

Çıxış edən layihə rəhbəri Azər Əliyev bildirib ki, layihənin  əsas məqsədi ingilis dili müəllimlərinin müasir avadanlıqlardan istifadə bacarıqlarının artırılmasıdır. Layihədə 30 müəllimin iştirakı nəzərdə tutulur və 12 modul üzrə təlimlər olacaq. Təlimləri Bakı Oksford məktəbinin və xarici ölkələrin təcrübəli müəllimləri keçəcək. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə layihənin icra olunmasında əməkdaşlıq ediləcək.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan