» » Təltif olunan müəllimlər kimlərdir ?


Təltif olunan müəllimlər kimlərdir ?

5 oktyabr - Müəllimlərin Peşə bayramı ərəfəsində Biləsuvar rayonundan olan bir qrup müəllimin  əməyi qiymətləndirilərək fəxri adlara layiq görülüb.

"Bilesuvarinfo" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2021-ci il tarixdə imzaladığı müvafiq Sərəncamına əsasən Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Əhmədova Təranə Sarxan qızı da “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Həmçinin Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tərəfindən müxtəlif ordenlərlə təltif edilən təhsil işçiləri arasında aşağıda adları qeyd olunan   Biləsuvar rayon ümumitəhsil məktəb müəllimləri də yer almışdır. 

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir :
1. Məmmədov Ziyafət Fərman oğlu - Biləsuvar rayonu Yuxarı Cürəli kənd tam orta məktəbin biologiya müəllimi.
2. Quliyeva Xuraman Paşa qızı - Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi.
3. Rəsulzadə Elşən Rəsul oğlu - Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin  Fəxri Fərmanı” ilə təltif edilmişdir: 
1.Əzizova Gülarə Həmdulla qızı - Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbin riyaziyyat  müəllimi.
2. Əzizov Rafiq Qətil oğlu -Təzəkənd kənd tam orta məktəbin direktoru.
3. Sadıqov Nazim Ağacan oğlu - Bağbanlar kənd tam orta məktəbin direktoru.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan