Əziz fermerlər - Vaxtında edilmiş bəyan əkin subsidiyasının vaxtında ödənilməsinə imkan yaradacaq » Yerli İnformasiya Agentliyi
» » » Əziz fermerlər - Vaxtında edilmiş bəyan əkin subsidiyasının vaxtında ödənilməsinə imkan yaradacaq

Əziz fermerlər - Vaxtında edilmiş bəyan əkin subsidiyasının vaxtında ödənilməsinə imkan yaradacaq

Əziz fermerlər
 
PAYIZLIQ ƏKİNLƏR üçün əkin bəyanlarının qəbuluna start verildi. 1 sentyabr-30 dekabr tarixlərində payızlıq əkinləriniz  bəyan olunmalıdır.Bəyanları e.agro.az saytı vasitəsi ilə bilavasitə özünüz və ya Asan Xidmət Mərkəzlərinə, KOB evlərinə, DAİM lərə gəlməklə edə bilərsiniz.

Bəyan zamanı nələrə diqqət etməlisiniz:

1. Elektron kabinet aktivləşdirilməli;
2. Əkilən və ya yerdə mövcud bitkini doğru seçməli;
3. Bəyan hektarının konturlarını doğru qeyd etməli;
4. Əkin yerini elektron xəritədə düzgün qeyd etməli;
5. Yalnız öz istifadənizdə olan torpaqlarda bəyan etməlisiniz

DİQQƏT!
  • Vərəsəlik şəhadətnaməsi və ya Vəsiyyətnamənin müddəti 2 ili ötübsə sənəd çıxarışa    çevrilməlidir.
  • Bağışlanma müqaviləsinin müddəti müqavilə bağlandığı tarixdən 2 ili ötübsə sənəd çıxarışa    çevrilməlidir.
  • Alqı –satqı müqaviləsinin müddəti müqavilə bağlandığı tarixdən 2 ili ötübsə sənəd çıxarışa    çevrilməlidir.
  • 10.0 hektardan yuxarı olan torpaq sahələrində əkilmiş bitkilər aqrar sığorta olunmalıdır.( bitkilər əkildikdən sonra);
  • Əkin sahəsinin həcmi 5 ha və daha yuxarıdırsa siz torpağınızın aqrokimyəvi analizini aparmalısınız.
  • Ötən il aqrokimyəvi analiz edibsinizsə, bu il aparmağınıza ehtiyac yoxdur.
Yuxarıda göstərilən şərtlərə əməl etməyən fermerlərə 2021-2022-ci ilın əkini üçün subsidiya hesablanmayacaqdır. 
DİQQƏT!
  • Elektron kabinet ildə bir dəfə yenilənir.Əgər siz onu ilin əvvəlində aktivləşdirmisinizsə,yenidən aktivləşdirmə tələb olunmayacaq.
  • Bəyan etdiyiniz bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, “müraciət et” düyməsinə sıxaraq siz elektron ərizəni formalaşdırırsınız və sonradan onu dəyişmək imkanı olmur.
UNUTMAYAQ!
  • Əgər yanvar ayına qədər əkinin dəyişdirilməsi ehtimalı varsa,sadəcə bəyan daxil edib “müraciət et” düyməsinə sıxmadan siz 30 dekabra qədər bəyanı dəyişdirə bilərsiniz. Lakin 30 dekabradək müraciətiniz göndərilməzsə subsidiya elektron ərizəniz formalaşmayacaq və sizə subsidiya ödənilməyəcək.
Vaxtında edilməyən və ya yanlış bəyan nəticəsində sizi nə gözləyir:

1. 1 sentyabr- 30 dekabr tarixlərdəbəyan edilməyən əkinlərlə bağlı əkin subsidiyası ödənilməyəcək
2. Vaxtında edilmiş bəyan monitorinqlərin sürətli və operativ təşkilinə və əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq.
3. Yanlış edilən bəyan monitorinq zamanı müəyyən edilərsə, sizə subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi tətbiq olunacaq.
4. Ödəniş aparıldıqdan sonra yanlış edilmiş bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411.2-ci maddəsinə əsasən siz cərimə olunacaqsınız.
                        © Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi
                            Əlaqə telefonu: (050) 6101652
                           E-mail: daim.bilesuvar@gmail.com
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

torpaq