» » Biləsuvar  şəhidlərini andı


Biləsuvar  şəhidlərini andı

Bu gün Vətən muhsribəsinin şəhid baş leytenant Xalid Gözəlovun  və kiçik çavuş İsmayılov Amid İsmayıı oğlunun şəhadətə yüksəldiyi gündür.

"Bilesuvarinfo" xəbər verir ki, bu iki qəhrəman şəhidimizin şəhadətə qovuşduqları gündə onların sakini olduğu Biləsuvar rayonunda anım mərasimləri keçirilib. Hər iki şəhidin ata ocağı rayon rəhbərliyi və içtimaiyyəti tərəfindən ziyarət olunub.

Gözəlov Xalid Həsən oğlu Vətən Müharibəsinin qəhrəman şəhid pilotudur. O, Mərhum 1996-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2012-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasının Aviasiya fakültəsi üzrə təhsil alıb.

2016-ci ildən Dövlət Sərhəd Xidmətində baş leytenant hərbi rütbəsində pilot kimi xidmətə başlayıb. Xalid Gözəlov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində iştirak edib, düşmən cəbhəsinin yarılmasında xüsusi rəşadət göstərərək qəhrəmancasına şəhid olub.

Şəhid X. Gözəlov 28 sentyabr 2020-ci ildə Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib. Şəhid baş leytenant Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Qubadlının azad olunmasına görə medalı" ilə təltif edilib.



Amid Eldar oğlu İsmayılov isə 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olandan sonra,  müddətdən artıq hərbi xidmət qulluqçusu kimi hərbi fəaliyyətinə başlayıb.

 Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir neçə kəndin işğaldan azad edilməsində iştirak edərək şəhid olub. Sentyabrın 28-də doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Vətən müharibəsinin ilk uğurlu hücum əməliyyatlarında iştirak İştirak etdiyinə görə şəhidimiz  33 yaşlı şəhidimizğ ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Atası birinci Qarabağ savaşında iştirak edən şəhid A.İsmayılov ailəli idi, 1 övladı  yadigar qalıb
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan