27 sentyabr Anım günü ilə bağlı Biləsuvar rayonunda silsilə tədbirlər keçirilib » Yerli İnformasiya Agentliyi
» » 27 sentyabr Anım günü ilə bağlı Biləsuvar rayonunda silsilə tədbirlər keçirilib

27 sentyabr Anım günü ilə bağlı Biləsuvar rayonunda silsilə tədbirlər keçirilib


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin sentyabr ayının 27-dən etibarən başladığı zəfər yürüşünun bu gün artıq 1 ili tamam olur.

44 gün davam edən və qalibiyyətlə başa çatmış hərbi əməliyyatlar nəticəsində şanlı Azərbaycan Ordusu mənfur düşməni darmadağın etməklə uzun illər işğal altında qalan torpaqlarımızı azad etmiş, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini və gücünü nümayiş etdirmişdir. Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. 27 sentyabr tarixi Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən bundan sonra müharibədə şəhid olmuş igid vətən oğullarının və qızlarının Anım Günü olaraq qeyd olunacaqdır.

27 sentyabr Anım günü Biləsuvar rayonunda da  silsilə tədbirlərlə qeyd olunub. Əvvəlcə Vətən müharibəsində Biləsuvar rayonunun ilk şəhidi olan İlkin Abıyevin evi ziyarət olunaraq  valideynləri ilə görüşüldü.Bu gün şəhid İlkin Abıyevin şəhadətindən bir il ötür.Bu məqsədlə şəhidin ata ocağında keçirilən il mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və qonaqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirərək, Azərbaycan xalqı var olduğu müddətcə şəhidlərimizin qəlblərdə  əbədi yaşayacağını qeyd ediblər.

Daha sonra Biləsuvar rayon Mərkəzi Parkında 27 sentyabr Anım gününə həsr olunmuş rayon tədbiri keçirilib.
Tədbirdə iştirak edənlər torpaqlarımızın azadlığı uğrunda canından keçmiş həm Birinci Qarabağ müharibəsi, həm də  İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirələrini yad edərək abidələrini tər çiçəklərlə bəzəmişlər.

Anım günü tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərimizdən bəhs ediblər. Bildirilib ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir insanın vətəndaşlıq borcudur.Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsi daim qəlblərdə yaşayacaqdır.Çıxışlarda şəhidlərin ailələrinə vətənpərvər övlad yetişdirdiklərinə görə təşəkkür edilib.


Anım günü ilə bağlı keçirilən tədbirdə şəhidlərimizə həsr olunmuş ədəbi-bədii kompazisiya səsləndirilib. Sonra qəhrəman şəhidlərimizi əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə  orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edərək şəhər ərazisində ayrılmış yerdə 500 ədəd müxtəlif növ ağaclar əkərək suvarıblar.

           Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

torpaq