» » Biləsuvar pambıqçıları ili yüksək məhsuldarlıqla başa vurmağı qarşılarına məqsəd qoyublar


Biləsuvar pambıqçıları ili yüksək məhsuldarlıqla başa vurmağı qarşılarına məqsəd qoyublar


Bu il Biləsuvar rayonunda mülkiyyətçilər tərəfindən  8440 hektar sahədə pambıq bitkisi əkilmişdir.  3400 hektar sahədə  “MKT İstehsal Kommersiya” MMC ilə, 3010 hektar sahədə “Azərpambıq” MMC ilə, 2030 hektar sahədə  isə “P-Agro” MMC ilə müqavilə bağlayan mülkiyyətçilərimiz bu ildə də sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışaraq hər bir aqrotexniki işləri vaxtında və keyfiyyətlə apararaq bol məhsul yetişdiriblər.

"Bilesuvarinfo" xəbər verir ki, artıq sahələrdən məhsulun toplanmasına başlanılmışdır. Pambıq yığımına başlanması ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sahələrdə olaraq pambıqçılara uğurlar arzulayıb.Qeyd edək ki, biləsuvarlı  “ağ qızıl” ustaları əvvəlki illərdə olduğu kimi, bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoyaraq,  strateji məhsulun tədarükündə əvvəlki illərdə olduğu kimi bu il də  respublikanın qabaqcılları sırasında durmağı hədəfləyirlər.

Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilib və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılıb.

Biləsuvar rayon İcra Hakimiyyəti məhsul yığımında hər bir pambıqçıya uğurlar arzulayır!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan