» » “Bolqarçay”ı təmiz saxlamaq hər kəsin mənəvi haqqı olsa da...


“Bolqarçay”ı təmiz saxlamaq hər kəsin mənəvi haqqı olsa da...


Uzun illərdən Biləsuvarda içtimaiyyəti narahat edən problemlərdən biri,  rayonun mərkəzindən axan Bolqar çayının çirkləndirilməsi, hətta müəyyən yerlərinin ilk baxışdan zibil poliqonuna bənzəməsidir.

Bura atılan zibillər əsasən bu çaya yaxın  olan küçələrdən atılması deyilir. Belə demək mümkünsə, bəzi sakinlər çaya məişət tullantılarının atılacağı yer - zibilxana kimi baxır. 

Hesab edirik,  çoxları  düşünür: “sakinlər neynəsin, “komuxoz” ( kəndlərdə bələdiyə ) zibili tullantılarının daşımasını təşkil etsə, onda insanlar zibili çaya da atmazlar.. .”. Elə,  bu iddia-ittihamla üz tutduğ Biləsuvar şəhəri Kommunal Müəssisələri Kombinatına.

İdarənin rəisi Ceyhun Həyatovla ilk görüşümüzün  mövzusu çirkli Bolqarçayla bağlı olsa da, o, ümümilikdə bu istiqamətədə Biləsuvar şəhərində olan ehtiyacları dilə gətirmişdir.

 O, qeyd etdi ki, burada olan mənzərədən məlumatlıdır: “ Bəli, tullantılarla çayın çirkləndirilməsi qəbuledilməzdir və biz, öz imkanlarımız çərçivəzində problemin həllinə çalışırıq. Zibil əsasən ətrafda yaşayan sakinlər tərəfindən atılır. Bu haqda onlarla dəfələrlə maarifləndiriçi söhbətlər aparılıb. Onlara müəssisə ilə  müqavilələrə dəvət olunmuşdur ki, ərzidə müvafiq yerlədə də zibil konteynerləri yerləşdirə bilək. Ancaq, çox təəssüf olsun ki, əksəriyyət buna getmək istəmir, məişətindən çıxan  tullantılarını uzaq olmağı çaya atmaqda görürlər.

 Qaydalara əsasən vətəndaşlarla bağlanan müqavilələrə əsasən onların məişət tullantıları daşınır.  Bu gün Biləsuvar şəhərində 4600-ə yaxın təsərrüfat varsa, bundan vur-tut cəmi 200-nin bizlə müqaviləsi var. Bu haqda  araşdırma aparsaq, küçələrdə böyük əksəriyyətinin  öz zibillərinin yenə şəhər ərazisində mövcud zibil konteynerlərinə atmasını və yaxud gözdən uzaq yerlərə, həmçinin şor kollektorlarına  atmasının şahidi olarıq. Hətta bəzi hallarda məişətdə çıxan zibillə yanaşı, heyvandarlıq təsərrüfatından çıxan tullantılar, söküntü materialları da atılır”.

Bu işləri görməyə texniki imkanlarımız da kifayət etmir

Bu gün şəhərin 15 küçəsində sakinlərə xidmət göstərən Biləsuvar şəhər Kommunal Müəsisələri Kombinatı bütün imkanlarını səfərbər edərək xidmətin keyfiyyətini yüksəltməyə çalışır. Bu haqda danışan müəssisə rəhbəri bu işlərin ərsəyə gəlməsində mövcüd texnini imkanların yetərsizliyindən də  danışır:
 
- Hal-hazırda kollektivimizdə kifayət qədər, 63 nəfər işcinin olması ( o cümlədən, Biləsuvar şəhəri üzrə çalışan 100 nəfərdən artıq içtimai işci də var)  şəhər təsərrüfatında işlərin tam keyfiyyətlə görməyə imkan verir. Bu  işləri görmək üçün  nəqliyyat vasitəsinin az olması ( 2 ədəd) işləri tam əhatə etmək  imkanını məhdudlaşdırır. Mövcud bu çatımamazlığın aradan qaldırılmasına da çalışırıq. Zibil tullantılarının daşımasında istifadə olunan xüsusi təyinatlı nəqliyyat vasitələrin verilməsi üçün aidiyyayı təşkilatlar qarşısında məsələ qaldırılıb. Yaxın gələcəkdə müəsisiəyə bunların verilməsilə işimizi xeyli asanlaşdıracaq. 
Fürsətədn istifadə edib, bir daha sakinlərə üzümüzü tutaraq Biləsuvar şəhərini təmiz saxlamaqda diqqətli olmağı xahiş edirəm. Bəzi vətəndaşlar zibili küçəyə qoymaqla işini bitmiş bilirlər. Mövcud zibil konteynerlərindən hər gün zibil götürülür. Ancaq bu yerlərə zibil atanların kənar ərazilərdən çox olması, bəzən qısa zamanda həmin yerlərdə zibillərin qalaqlanmasına gətirir.
     
Sonda bir daha Biləsuvar şəhərinin mərkəsindən axan “Bolqarçay”dakı mənzərəyə qayıtmaq istərdim. İdarə olaraq biz adı çəkilən ərazidə zibil tullanılarının daşınması üçün üzərimizə düşən işin öhdəsindən gəlməyə hazırıq. İnanırıq ki,  sakinlər qarşılıqlı anlaşma şəraitində müəsisisə əməkdaşları ilə zibilin daşınması üçün müqavilələrə gedəcək, tezliklə zibillər çaya yox, ərazidə yeni quraşdırılaçaq zibil konteynerlərinə atılacaq. Düşünürəm ki, Bolqarçayı təmiz saxlamaq  hər şeydən öncə, hər birimizin mənəvi borcudur. 

Gənclərin "Təmiz Bolqarçay" təmizlik marafonu da iflasa uğradı …

Hətta, may ayı yenicə girəndə  biləsuvarlı gənclər rayon mərkəzindən axan bu tarixi çayın ( Biləsuvar şəhərindən axan hissəsini) zibil tullantılardan təmizləmiş, sakinləri çaya qarşı olan laqeyid münasibətinə son qoymağa çağırmışlar. Təmizlik marafonu "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin təşəbbüsü və Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilmişdir.

Gənclərin "Özümüz təmizləyək ki, bir daha çirkləndirməyək!" şüarı ilə başlanan nəcib aksiya çərcivəsində, çay qalaq-qalaq zibillərdən təmizlənərək,  xeyli məsafəsi təmiz görkəmə gətirilmişdir.

Bəs sonra?. 
Bu təmizlik marafonundan qısa müddət keçdikdən çaya qarşı olan münasibət davam etdi.  Çox təəssüf ki,  gənclərin əziyyəti də hədər getdi,  Bolqarçay yenidən əvvəliki acınacaqlı görkəminə gətirildi.. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan