» » “Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək”


“Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək”



"Bilesuvarinfo" xəbər verir ki, bu barədə Biləsuvarda keçirilən tədbirdə layihə çərçivəsində görülən işlərin monitorinqi ilə bağlı görüşdə məlumat verilib. 
BMT-nin inkişaf proqramı ilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı və Niderland Krallığının maliyyə dəstəyi ilə birgə icra edilən “Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək” layihəsi çərçivəsində son beş ildə biləsuvarlı xanımlar bir çox uğurlara nail olublar. 

Tədbirdı Biləsuvar rayon İcra Hakimiyyətinin Başcəsı Faiq Qürbətov  qonaqlara bu cür nəcib layihənin rayonda təşkilinə görə təşəkkür edib. Layihə çərçivəsində rayonda görülən işlərə nəzər salıb.

 Biləsuvarda  RİH Başçısının təşkilatçılığı ilə keçirilən görüşdə Niderland Krallığının ölkəmizdəki səlahiyyətli səfiri xanım Pauline Eizema,  BMTİP-nin rezident nümayəndəsi Alessandro Frakassetti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  layihə çərçivəsində Biləsuvarda Qadın Resurs mərkəzinin imkanlarının ilbə-il genişləndiyinin şahidi olduğunu bildiriblər. 
 
Pauline Eizema (Niderland Krallığının Azərbaycandakı səfiri) qey etmişdir ki,
qadın resurs mərkəzi güclü bir təsisatdı, Azərbaycanda gələcəkdə xanımlar öz məharətlərini göstərmək üçün bir fürsətdi: "Ona görə də güclü qadın, güclü lider, hətta gələcəkdə nazir olmaq üçün əlbəttə çox şadam ki, bu qadınlar  belə bir təcrübəni bu mərkəzə toplayırlar."
 
Alessandro Frakassetti (BMTİP-nin rezident nümayəndəsi) öz fikrlərini bu çür ifadə edir: "Biz  Azərbaycanın 9 rayonunda bu cür mərkəzləri yaratmışıq. 6 mindən artıq qadın artıq bu  kimi mərkəzlərin göstərdiyi xidmətlərdən bəhrələnibdir. Gələcəkdə də mərkəzlərin sayını artırmaq fikrindəyik.Və eyni zaman da aztəminatlı təbəqələrdən olan qadınlar, bura gələrək şəbəkə qururlar, bir-biri ilə əlaqə saxlayırlar.Onlar öz bacarıqlarını təkmilləşdirirlər. Onlardan bəzisi öz biznesini açmağa müvəffəq olur. Biz də şadıq ki,bu layihə vasitəsilə bu cür dayq, dəstək oluruq."
 
Sədaqət Qəhrəmanova  (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini) isə bildirmişdir ki, məsələ burda ondan ibarətdir ki, iqtisadi güclənən qadın artıq öz hüquqlarının pozulmasına imkan vermir. Zorakılığa qalmağa imkan vermir və ailədə bir şəxsiyyətə çevrilir. Və təbii ki, belə ruhda olan qadın onun tərbiyə etdiyi övladlar da , o güclü qadın güclü övladlar da yetişdirir.
Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək” layihəsi çərçivəsində ölkə üzrə son 10 ildə 6 min nəfərdən artıq qadın öz kiçik biznesini qurub. "

Qeyd edək ki,  2016-cı ildən bu günədək  Biləsuvarda  300 nəfərdən artıq qadın sözügedən  layihə çərçivəsində əhatə olunub. Dərzilik, arıçılıq, gözəllik salonu, eləcə də digər sahələrdə  fəaliyyətlərini qurmaqla artıq 35 qadın öz kiçik biznesini yaratmaqla əhatəsini genişləndirib.
 
Tədbirin sonunda layihə çərçivəsində təlimlərdə iştirak edən və uğurlu biznes layihəsi maliyələşdirilən qadınlara sertifikatlar təqdim edilib.



 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR