- 3 sentyabr, 23:16
- 631 dəfə oxunub
- 0
Qonşusuna köməyə gedən 22 yaşlı gənc tüstüdən zəhərləndi
Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
"Bilesuvarinfo az " xəbər verir ki, hadisə Xırmandalı kəndində olub.
Belə ki, bu kəndin sakini Teymurov Fəyaz Abış oğlunun yaşadığı ünvanda, həyətində olan heyvandarlıq təsərrüfatının yem anbarında yanğın olub.
Hadisədən xəbər tutan qonşulardan Xankıyev Röyal Yusif oğlu da hadisə yerində olaraq, yanğınla mübarizə aparıb. Daha sonra, Biləsuvar rayon Yanğında Mühavizə xidmətinin əməkdaşlarının hadisə yerinə gəlməsilə yanğın söndürülüb.
Yanğınla mübarizə aparan 22 yaşlı gənc tüstüdən zəhərlənib. O, Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb, tibbi yardım göstırildikdən sonra amblator müalicəyə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.