» » » Şüşayadək vuruşub şəhid olan gizirimizin bu gün doğum günüdür


Şüşayadək vuruşub şəhid olan gizirimizin bu gün doğum günüdür


Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib 
 
"Bilesuvarinfo" xəbər verir ki, gizir Sahil Məmişlinin xatirəsi şəhidin doğulduğu evdə anılıb. Şəhidin məzarı ziyarət edilib və ruhuna dualar oxunub. 

Anım mərasimində şəhidin doğmaları, rayon rəsmiləri və içtimaiyyət nümayəndələri iştirak edib. 

Qeyd edək ki, şəhid gizir 1991-ci ilin bu günü Biləsuvar rayonunun Çaylı kəndində doğulub. 

O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına ilk gündən qatılıb. 

Cəsur kəşfiyyatçı, gizir Sahil Məmişli Şuşayədək döyüş yolu keçmişdir. Uzun illər düşmən tapdağında qalan tarixi şəhərimizə ilk ayaq basan qəhrəman vətən oğullarından biridir. 

Düşmən üzərində tarixi qələbəmizin səhəri günü, noyabrın 9-da Şuşada düşmən gülləsinə tuş gələn  gizir S. Məmişli ailəli idi. İki övladı Vətənə əmanətdir.

Ali Baş Komandan tərəfindən ölümündən sonra "Vətən uğrunda" və "Şusanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan