» » Biləsuvarda bir gündə 80 nəfər koronavirus xəstəsi


Biləsuvarda bir gündə 80 nəfər koronavirus xəstəsi

Respublikamızda koronavirus pandemiyasının yeni dalğası, bu xəstəliyə yoluxanların sayının çoxalması hər kəsi bir daha diqqətli olmağı tələb edir.

"Bilesuvarinfo" xəbər verir ki, ölkənin əksər yerləri kimi,  müayinələrin nəticələrinə görə rayonda xəstəliyə yoluxmada çoxalma var.

Verilən məlumata görə, rayonda hazırda 300 nəfərə yaxın karonaviruslu xəstə var. Son vaxlar 4 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Bu günkü açıqlama isə, daha narahatedici görünə bilər - 80 nəfər.

Əziz biləsuvarlılar, özümüzü və doğmalarımızı bu təhlükəli bəladan qorumağa çalışaq !.

Bu gün dövlət öz işinə düşən işin öhdəsindən uğurla gəlirək,  koronavirusdan qorunmağın yolunda qaydaları müəyyənləşdirib. 

Gəlin hamılıqla bu qaydalara əməl edək, sonrakı peşimançılıq fayda verməz - deyilir.. .



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan