» » Xəstəxanada yoluxma riski


Xəstəxanada yoluxma riski

Son vaxtlar ölkəmizdə koronavirusa (Covid-19) yoluxan xəstələrin sayının kəskin artması insanların özlərini xəsətlikdən kifayət qədər qorumadığını ( həmçinin qoruna bilmədiyini) deməyə əsas verir.
 
“Bilesuvarinfo” olaraq, Biləsuvar Rayon Mərkəzi Xəsətxanasındakı mövcud şəraitdə  insanların xətəliyə yoluxma riskini  nəzərə çatdırmağa çalışacağıq.
 
Əslində haqqında danışacağımız şərait yenicə yaranıb - desək yanlışlıq olardı. Əsaslı olaraq yenidən təmir olunan, bütün şöbələrində əlverişli şərait yaradılan xəsətxana bir müddət sonra, sanki bir mərtəbədən ibarət kimi başa düşülür.
 
Yeni qaydalardan sonra səhiyyə ocağının bütün müayinə kabinələri, həkimləri, bir sözlə aparıcı tibbi heyyəti bir şöbədə - Poliklinika şöbəsində cəm olub. 
 
Bu yerdəyişmənin ardınca  xəsətəxanaya  müxtəlif məqsədlər üçün müraciət edən insanların bir şöbədə olması burada insan sıxlığına gətirmişdir.
 
Daha çox narahatçılığ doğuran məqam isə xəstəxananın müayinə otaqlarının ( Klinik laboratoriya, USM və s.) şöbənin düz girişində olmasıdır. İndiki şəraitdə kim təminat verə bilər ki, şöbənin girişində növbə gözləyən xəstələr arasında koronaviruslu xəstə yoxdur.

Axı, bu bir reallıqdır: Məhz bu “girişdə” -  Zakir həkimin hər gün koronavirusa görə də müayinə apardığı insanlar arasında aşkarlanan xəstələrin sayı çoxalıb!.  
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan