» » Eyni ərazidə ikinci qəza, sürücü dünyasını dəyişdi


Eyni ərazidə ikinci qəza, sürücü dünyasını dəyişdi


"Bilesuvarinfo" xəbər verir ki hadisə magisralın Biləsuvar rayonunun Səmədabad kəndindən keçən hissəsində, "Azərsun kənd kənd təsərrüfatı məhsulları istehsalı" MMC-ə yaxın olan ərazidə baş verib. 

Belə ki, eyni istiqamətdə hərəkətdə olan "Man" markalı yük avtomobili, qarşıda gedən digər yük avtomobilinə - "Kamaz"a çırpılıb. Zərbənin təsirindən "Kamaz" yoldan çıxaraq aşıb. 

Ağır yol qəzasında "Man" markalı yük avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

"Kamaz" markalı yük avtomobilinin Salyan rayonun Şorsulu kəndindən olan sürücüsü və sərnişinləri- Qafarov Yasər Ağahüseyin oğlu(1997-ci il), Əliyev Gülağ Urfan oğlu( 1995-ci il) və Miriyev Böyügağa Ağalar oğlu (1996-cı il) bədənin müxtəlif nahiyələrinin əzilməsi, sıyrılması yaraları alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, həkimlərin müayinəsi və yardımından sonra amblator müalicəyə buraxılmışlar.

Qeyd edək ki, bu gün sözügedən ərazidə, günün ikinci yarısı minik avtomobilinin aşması nəticəsində də avtomobil qəzası  baş vermişdir.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR