» » Deputat şəhid Pərvin Əliyevin evini ziyarət etdi.


Deputat şəhid Pərvin Əliyevin evini ziyarət etdi.


Millət vəkili Bəhruz Məhərrəmli bildirdi ki, 
Biləsuvar rayonu Nərimankənd kəndindən olan şəhidimiz Pərvin Səlahəddin oğlu Əliyevin anası
Rəfiqə xanımla seçki ərəfəsi tanış olmuşuq, şəhid anası kimi fəaliyyətimizə ilk xeyir-dua verənlərdən biri olub. Kənd məktəbində müəllimə işləyən anamızla mütəmadi olaraq telefonla danışırıq. Bu dəfəki səfərimdə həm özünü görmək, həm Pərvinin xatirəsini yad etmək məqsədi ilə evlərini ziyarət etdim. Şəhid anasının hər zamankı kimi məğrur duruşu, təmkini məni fərəhləndirdi. Adətimiz üzrə ailənin qayğıları ilə maraqlandım, hər zaman ailənin yanında olacağımızı bildirdim. 

Tanımayanların nəzərinə çatdırım ki, şəhid gizir Pərvin Əliyev 15 mart 1981-ci il tarixində Biləsuvar rayon Nərimankənd kəndində anadan olmuş,  2014-cü il avqust ayının 1-dən 3-dək Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhadətə ucalmışdır.  Göstərdiyi igidliyə görə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir. 
Allahdan Pərvin başda olmaqla bütün şəhidlərimizə rəhmət, Rəfiqə müəllimənin timsalında bütün şəhid  valideynlərinə isə səbr və can sağlığı diləyirəm.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR