» » Biləsuvar gəncliyi hər zaman fəxr edə bilər ki.. .


Biləsuvar gəncliyi hər zaman fəxr edə bilər ki.. .

Vətən muharibəsində Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Müharibə tarixi Zəfərilə  Azərbaycan xalqı özünə inamını qaytardı,  öz Liderinə, onun gücünə etibarı daha da möhkəmləndi. Qürürverici haldır ki, artıq torpaqlarımızın işğalda olmasından deyil, bu ərazilərdə abadlıq, quruculuq işlərinin aparılaraq yenidən qurulmasından danışırıq.
 
Bunları söyləyən, Hərbi Səfərbərlik və Çağırış üzürə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinin rəsi, polkovnik-leytenant  Nağı Cəfərov “Bilesuvarinfo” ya Vətən müharibəsində xalqımızın göstərdiyi qəhrəmanlıqları xatırlayaraq qeyd etmişdir:
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan İkinci Qarabağ müharibəsi xalqımızın dövlətçilik tarixində qürur mənbəyinə çevrilmişdir. 44 günlük Vətən müharibəndə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu, respublikamızın ərazi bütövlüyü bərpa olunmuşdur. Öz ata-baba yurdundan ayrı düşmüş bir milyon nəfərdən artıq həmyerlimizin yurd-yuva həsrətinə son qoyulmuşdur.
 
Torpaqlarımızı işğalda saxlayan mənfur düşmənin haqsızlığına qarşı xalqımızın  nifrət hissinin bir gün döyüş meydanında özünü göstərəcəyi şübhəsiz idi. Azərbaycan Ordusu bu inamı “Dördgünlük müharibə” adı ilə tarixə düşən Aprel döyüşlərindəki gücü, qələbə əzmi ilə vətənpərvərlik ruhumuzu daha yüksəltməklə yaratı. Şanlı qələbənin başlanğıc nöqtəsi olaraq xalqımızın orduya olan inamını artırdı. Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: “Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki,biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Emənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir.”
 
Düşmənin cəbhədə törətdiyi növbəti təxribatı, İyul döyüşləri zamanı isə Azərbaycanda gəncliyi düşmənə torpaqlarımızın işğalı ilə barışmayacağını bir daha, tam qətiyyəti ilə nümayiş etdirmişdir. Azərbaycan hökuməti, ordusu və xüsusən xalqının göstərdiyi həssas reaksiya Ermənistan hakimiyyəti, o cümlədən onlara dəstək verənlərə açıq bir mesaj kimi qiymətləndirilməlidir. Belə ki, iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə on minlərlə sadə vətəndaşın yürüşü xalqımızın işğalçı və təxribatçı siyasi baxışlara qarşı həmrəy etirazının, həmçinin milli maraqlar kontekstində xalq və hakimiyyət birliyinin göstəricisi idi. Bütün Azərbaycan xalqı, o cümlədən gənc nəsil çox yaxşı anlayır ki, yaşadığımız bu Vətən, üzərində gəzdiyimiz bu torpaq hər birimizindir və bizim üçün şəhid olmaq ən böyük şərəfdir. Həmin yürüşdə səsləndirilən şüarlar da vətəndaşlarımız üçün Vətən uğrunda şəhid olmağın nə qədər şərəfli və arzulanan hiss olduğunu dünyaya nümayiş etdirdi. Qeyd edim ki, bu ərəfədə Biləsuvardan yüzlərlər gənc könüllü olaraq döyümək üçün yerli səfərlik xidmətinə müracitət edərək qeydiyyata durmuşdur.
 “Əgər düşmən torpaqlarımızı  sülh yolu ilə işğaladan azad etməzsə, müzəffər ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə hazırdır!”. Bəli, tarixi məqam yetişəndə səslənən bu haqq çağırışının əbəs yerə səsləndirilmdəyinin şahidi olduq. Cənab prezident  İlham Əliyevin əldə etdiyi zəfərlə təkcə torpaqlarımız işğaldan azad edilməmiş, Ermənistan tərəfinin uydurduğu böyük Ermənistan mifi darmadağın edilmişdir. Erməni diasporu və lobbisi haqqında mövcud olan ictimai rəyin də süni şişirtmədən başqa heç nə olmadığı sübut olunmuşdur. Ordumuzun düşməni torpaqlardan qovmasına, xalqımızın qəhrəmanlıq səlnaməsini yeniləməsinə əyani şahid olduq. Çox qürurluyuq ki, zaman-zaman dünyaya Babəklər, Koroğlular, Cavanşirlər nəsilindən eşidilən qəhrəmanlıqları, indi onların davamçıları nümayiş etdirdi. MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  şanlı Azərbaycan ordusu 21 əsrədə Azərbaycanda yeni tarix yazmışdır. Azərbaycan varkən oxunacaq, yeni nəsillərə ötürüləcək, milli qürur mənbəyimizə cevirilən bir tarix.. ..
Azərbaycan Respublikasın hər bir bölgəsi mənfur düşmənə qarşı mübarizədə bir oldu, minlərlə vətənpərvər oğulu silaha sarılıb döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Cəbhədə düşmənin hücüm cəhdinin qarşısının alınaraq, əks hücumla işğal altında olan torpaqlarımızın azad olunması misiyasını gerçəkləşdirmişdir Azərbaycan əsgəri. Silahlı Qüvvələrimizin sıralarında vətənə şərəflə xidmət edən əsgər, zabit heyəti arasında biləsuvarlıların da nümunəvi xidməti, vətən müharibəsində göstərdikləri rəşadətlərdən bu gün fəxlə danışa bilərik.
 
Vətən torpağının işğaldan azadlığı mübarizəsi başlayandan Biləsuvarın vətənpərvərvər gəncliyin  formalaşması özününü göstərmişdir. Vətən Müharibəsinin ilk günlərdə Biləsuvar Hərbi Komissarlığının həyətindəki gənclərin izdihamı bu gün fəxr hissi ilə xatırlanır. Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından güc alan Biləsuvar gəncləri sevinclə döyüşə yollandılar. Respublikamızda elan edilmiş qismən səfərbərlik qaydalarına uyğun olaraq ehtiyatda olan hərbi qulluqçular döyüşə göndərilirdi. Könüllü olaraq döyüşə müraciət edən - - nəfər gənc döyüşlərə yola salınmışdır. Fəxrlə deyə bilərik ki, bu ərəfədə çoxsaylı gənclərimiz döyüşə göndərilmədikdə  narahat olurdular.
 
Vətən Muharibəsində göstərdiyi xüsusi rəşadət və igidliyə görə 4 nəfər biləsuvarlı “Vətən Muharibəsi Qəhrəmanı” adına layiq görülmüş, 7 nəfəri “Qarabağ” ordeni ilə təltiv edilmişdir. Biləsuvarlı döyüşcülərdən 9 nəfəri “Azərbaycan Bayrağı” ordeni, 3 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 nəfəri 3-cü dərəcəli “Rəşadət” ordeni, 12 nəfəri “İgidliyə görə” medalı, 31 nəfəri “Cəsur döyüşcü” medalı, 11 nəfəri “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olumuşlar. 
 
Bu gün nəinki milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının görkəmli siyasi xadimi olan İlham Əliyev ötən 200 illik tariximizdə Azərbaycan torpaqlarını işğaldan azad edən ilk fateh dövlət başçısıdır. Bir il öncə "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Ali Baş Komandanın taktiki strategiyası, müdrik qərarları, Müzəffər Ordu quruculuğu sayəsində hazırda "Qarabağ Azərbaycandır” bəyanatı gerçək və real bir həqiqətdir.
Memarı Ümümmilli  Lider Heydər Əliyev olan müstəqil Azərbaycan öz ərazi bütövlüyünü Ali Baş Komandanını və rəşadətli Azərbaycan Ordusunun qətiyyəti və əzmi sahəsində bərpa etdi.  Prezident- Xalq birliyi, inamı hesabına Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəldi. Məhz tarixi Zəfər paradında təqribən üç min, Vətən müharibəsi şəhidləri qədər hərbçi iştirak edirdi. Bunun rəmzi mənası vardı: Şəhidlər ölməz, Vətən bölünməz!. Bəli, şəhidlik zirvəsinə yüksələn hər bir Azərbaycan döyüşçüsü bu meydanda təmsil olunurdu!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan