Toydan gedərkən maşın vurdu.. . » Yerli İnformasiya Agentliyi
» » Toydan gedərkən maşın vurdu.. .

Toydan gedərkən maşın vurdu.. .

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

" Bilesuvarinfo" xəbər  verir ki, hadisə dünən axşam vaxtı  Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. 

Rayonun Nəsimikənd sakini Əliyev Bayram Hazarxan oğlu "Niva" markalı minik avtomobili ilə hərəkətdə olarkən, ətrafda yerləşən şadlıq evindən çıxan piyadanı vurub.

Hadisə şahidlərinin sözlərinə görə, piyada Ağayrı kənd sakini 1953-cü il təvəllüdlü İxtiyar Qurbanov qəfildən avtomobilin qarşısına çıxdığından çiddi xəsarət alıb.

 O, Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
torpaq