» » Qurbanlar kəsilib, bayram namazı qılınıb


Qurbanlar kəsilib, bayram namazı qılınıb


Ökəmizin bütün bölgələrində olduğu kimi,  Biləsuvarda da qurbanlıq heyvanlar kəsilib və Qurban bayramı namazı qılınıb

“Bilesuvarinfo”  xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, qurbanlıqlar kəsilərək 500-ə yaxın ailəyə bayram sovqatı hədiyə olunub.

Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları və iş adamları, sahibkarlar da aztəminatlı ailələrinə öz qurban paylarını çatırılmışlar.

Biləsuvar şəhərində Cümə məscidində də koronavirus pandemiyası dövründə ilk dəfə Qurban bayramı namazı qılınıb. 

Məscidlərdə pandemiya qaydaları gözlənilməklə bayram namazı qılan sakinlər qeyd etmişdir xalqımız 30 il ərzində hər dəfə qurban kəsdikdə Allahdan işğal altında olan torpaqlarımızın azad olunmasını diləyib.

Xalqımız öz arzusuna çatdı. Ədalət bərqərar oldu. Bayrağımız tarixi torpaqlarımız olan Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Bu Qurban bayramı işğaldan azad edilmiş torpaqlarımızda Allaha şükr edilərək qurbanlar kəsilir.
 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan