» » İcra başçısı Faiq Qürbətov rayon sakinlərini təbrik edib


İcra başçısı Faiq Qürbətov rayon sakinlərini təbrik edib


"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Qurban bayramı münasibətilə rayon sakinlərini təbrik edib.

             Əziz biləsuvarlılar!

      Sizi Dünya müsəlmanlarının müqəddəs bayramlarından  olan Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını diləyirəm.
      Qurban bayramı müsəlmanların böyük sevinc və fərəh bayramı kimi qəbul edilir. Qurban  bayramı əsrlər boyu insanlar arasında qardaşlıq, səmimiyyət və mehribanlığın yaranmasına, həmrəyliyə, mənəvi saflığa, xidmət edir. Milli-mənəvi dəyərlərimizə önəm verən dövlətimizin yaratdığı şərait sayəsində bizə bayramlarımızı böyük ruh yüksəkliyi ilə qeyd etmək səadəti nəsibimiz olmuşdur. Xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin  bizə bəxş etdiyi müstəqil Azərbaycanda, onun yolunun layiqli davamçısı cənab prezident İlham Əliyevin yaratdığı əmin-amanlıq şəraitində müqəddəs bayramlarımızı qeyd etməyimiz böyük səadətdir. 
       Bu əziz  günü haqq davamızda qalib olduğumuz - Qarabağ torpaqlarının işğaldan azad olunduğu, torpaqlarımızın bütövləşdiyi bir zamanda qeyd etməyimiz sevincimizə sevinc qatır. Odur ki, Qurban bayramı günündə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızı hörmətlə anır, qazilərimizə Allahdan şəfa diləyirəm. Qoy bu müqəddəs bayramın fəzilətləri dövlətimizin və xalqımızın gələcək uğurlu, sevincli günlərinə vəsilə olsun.
      Bir daha Qurban bayramınızı təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, dövlətimizin və xalqımızın inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!

    ​Bilesuvarinfo.az​​​
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR