» » Əmisi oğlunu xilas etdi, özü boğuldu...


Əmisi oğlunu xilas etdi, özü boğuldu...

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
 
“Bilesuvarinfo” xəbər verir ki, hadisədə həyatını itirən Fərid Məmmədov Biləsuvar şəhəri  8 mart küçəsi sakinidir.
 
Yaşadıqları evin yaxınlığından axan Bolqarçayda çimən məktəblilərdən biri çayda boğulub.  
 
Çayda boğularaq dünyasını dəyişən Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğludur. Onunla, çimərkən yanında bir neçə yaş kiçik olan dostları olub. O, 10 yaşlı əmisi oğlunun boğulmasını görərək, suya atılıb. Onu suyun dayaz hissəsinə çıxarmağa nail olsa da, ozü  yorulduğundan çayda boğulub.
 
Orta məktəbin 9-cu sinifini başa vuran F.Məmmədli ailənin tək oğul övladı idi. Qonşuların dediyinə görə,tərbiyəli, dərslərini əla qiymətlərlə oxuyan şagird olub.  
 
Qeyd edək ki,  yay fəslində sözügedən çayda  suyun dərinliyi xeyli dayaz olsa da, hazırda əkin sahələrinin suvarılması ilə əlaqədar  vurulan bəndə görə, çayın hadisə baş verən hissəsində   suyun dərinliyi təxminən 2 metrə yaxındır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan