» » » Vətən müharibəsi şəhidi Saleh Məcidzadənin doğum günü qeyd edilib


Vətən müharibəsi şəhidi Saleh Məcidzadənin doğum günü qeyd edilib


16 iyul 2021-ci ildə Vətən müharibəsinin  şəhidi Saleh Məcidzadənin dogum günü ilə baglı onun ailəsinə baş çəkildi,məzarı ziyarət olundu. 

"Bilesuvarinfo" xəbər verir ki, şəhid Saleh Məcidzadə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur.Uşaqlıqdan idmanla məşgul olmuşdur.2015-ci ildə hərbi xidmətə çagrılaraq kəşfiyyat bolüyündə xidmətə başlayıb. 2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini gizir kimi davam etdirib.O 2016-cı il aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak eydiyinə görə komandanlıq tərəfindən təltif olunub.

10 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndi ugrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra  "Cəbrayıl və Fizulinin azad olunmasına görə","Vətən Ugrunda" medalları ilə və "Azərbaycan Bayragı Ordeni " ilə təltif olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR