» » » Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib


Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidinin doğum günü keçirilib.

" Biləsuvarinfo" xəbər verir ki, Vətən müharibəsi şəhidi Sadıqov Surac Ədalət oğlunun 20 yaşı tamam olub.

Bu münasibətlə şəhidin ata ocağında təşkil olunan anım tədbirində rayon rəsmiləri və sakinlər iştirak edib. Onlar  şəhidin məzarı ziyarət edib, üzərinə gül dəstələri düzmüşlər.

Qeyd edək ki, Surac Ədalət oğlu Sadıqov 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub.

Orta məktəbi bitirdikdən sonra həqqi hərbi xidmətə yola düşüb. 

11 oktyabr 2020-ci ildə şəhadətə ucalıb. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan