» » Azərbaycanın “B planı”: “SSR-yə daxil olarkən bizdə olan ərazilərimizin qaytarılması məsələsini qaldıra bilərik” - politoloq


Azərbaycanın “B planı”: “SSR-yə daxil olarkən bizdə olan ərazilərimizin qaytarılması məsələsini qaldıra bilərik” - politoloq


“Fransanın Ermənistandakı səfiri və Ermənistanın baş nazirinin müavini eyni gündə eyni fikri fərqli auditoriyalarda dedilər: hər ikisi Qarabağın statusu həll edilmədən münasibətlərin normallaşmasının mümkün olmayacağını bildirdilər”.

"Bilesuvarinfo" xəbər verir ki, Musavat.com-un məlumatına görə, bu fikirlər Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova məxsusdur. Siyasi şərhçi özünün sosial şəbəkələrdəki şəxsi səhifəsində xatırladıb ki, yaxın vaxtlarda prezident Makronun İrəvana rəsmi səfəri baş tutacaq. “Avropa İttifaqının iki əsas dövlətindən olan Fransanın siyasətçiləri ciddi şəkildə ayağa dolaşmağa başlayırlar. İstisna deyil ki, ən son həddə, Paris Dağlıq Qarabağın “müstəqilliyi”ni tanıya da bilər. Unutmamalıyıq kı, bizim üçün ən arzuolunmaz ssenari Fransa və Rusiyanın Qarabağ məsələsində mümkün “razılaşması” ola bilər. Fransadakı müxtəlif internet resurslarına istinad etsək, Makron və Putin arasında Qarabağla bağlı gizli “yol xəritəsi” var. Hələlik, Moskva bu yol xəritəsinin açıqlanmasına “yaşıl işıq” yandırmayıb. Çox güman kı, Bakı ilə müxtəlif məsələlər ətrafında dialoq davam edir”, Z.Məmmədov fikirlərinə əlavə edib.

Politoloqun sözlərinə görə, hər bir halda, rəsmi Bakı da “B planı”na hazırdır: “Bu gün Prezidentin Zəngəzur, Göyçə və İrəvan - tarixi Azərbaycan torpaqlarıdır” deməsi təsadüfi deyil. Hesab edirəm ki, Qarabağ məsələsində əldə edilmiş razılıqlar pozulduğu anda, biz tarixi torpaqlarımızın Azərbaycana qaytarma kontekstindən çıxış edəcəyik. Əgər Ermənistan, Rusiya və Fransa Qarabağla bağlı Azərbaycana pressinq edərlərsə, Ermənistan Qarabağa iddiasından əl çəkməyəcəksə, Azərbaycan indiki Ermənistan Respublikasının ərazisində olan torpaqlarımıza iddianı ortaya qoyacaq. İlkin mərhələdə, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasındakı Zəngəzurun vahid şəkildə birləşdirilməsi məsələsi qolula bilər. Bugünkü çıxışda da, Zəngəzur Göyçədən daha dərin qabardıldı”.

Xəzər dənizində ilk dəfə olaraq iki ölkə bir yatağı istismar edəcək"

Z.Məmmədov qeyd edib ki, Ermənistan demarkasiya məsələsinə də hələ də razılığını vermir: “Belə olan təqdirdə, ordumuz SSR Müdafiə Nazirliyinin xəritələrinə istinad edərək müxtəlif istiqamətlərdən bir qədər də Ermənistana doğru irəliləyə bilər. Ermənistan unutmasın kı, Putinin Ukrayna ilə bağlı dediyi fikir Bakı tərəfindən Qafqazda qabardılarsa, o zaman SSR-yə daxil olarkən bizdə olan 114 min kvadrat km-lik ərazimizin qaytarılması məsələsini qaldıra bilərik.

Ararat Respublikasının ərazisi 9 min kvadrat km. idi. SSR süqut etdikdən sonra Ermənistan Respublilasının ərazisi 29 min kv km. olmuşdur. Əgər Putinin dedikləri Ermənistana tətbiq edilərsə, o zaman 20 min kvadrat km-lik ərazi sovetlərin qurulmasına qədər kimdə idisə, ona da verilməlidir. Uzun sözün qısası, əgər Ermənistan və havadarları Azərbaycan ordusuna qarşı silahlı təxribatları davam etdirərlərsə, əgər Qarabağın statusu məsələsində “qırmızı xətt”i keçərlərsə, biz “B planı”nı işə salacağıq”.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR