» » » Tovuz döyüşləri şəhidlərinin ildönümü Biləsuvarda da yad edildi - Şəkillər


Tovuz döyüşləri şəhidlərinin ildönümü Biləsuvarda da yad edildi - Şəkillər


13 iyul Tovuz döyüşlərinin şəhidi Baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun ildönümüdür.

"Bilesuvarinfo" xəbər verir ki, 13 iyul 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd ağsaqqalları, rayon gəncləri şəhidin ailəsinə baş çəkiblər, şəhidin dəfn olunduğu Aşağı Cürəli kənd məzarıstanlığını ziyarət edib, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər. Ziyarətçilər eyni zamanda Aşağı Cürəli kəndindən olan Vətən  müharibəsi şəhidlərinin məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şəhid baş leytenant Rəşad Mahmudovun İyul hadisələrində göstərdiyi  şücaətindən söz açaraq onun qəhrəmanlıq nümunəsinin bütün biləsuvarlılar, xüsusilə gənclər üçün böyük fəxr və örnək olduğunu bildirmiş, Rəşad kimi igid vətən oğullarının hünəri zəfər qələbəmizin qazanılmasının əsas təməli olduğunu və onun qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmasının onun döyüş yoluna verilmiş yüksək qiymət olduğunu vurğulamışdır. 

Şəhid baş leytenant Rəşad Mahmudovun simasında Azərbaycanın ərazi bötüvlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan  bütün qəhrəman oğullarımıza Allahdan rəhmət diləyirik!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan