» » Zəfərə gedən yol “ Zəfər ”lə


Zəfərə gedən yol “ Zəfər ”lə


Biləsuvarda 2019-cu ildən fəaliyyət göstərən “Zəfər” döyüş klubu tərəfindən boks, güləş, cüdo və universal idman növləri üzrə  gənclərə  məşqlər təşkil edilir.

“Bilesuvarinfo”ya klubun rəhbəri Zəfər Kazımov fəaliyyətləri haqqında məlumat verərkən qeyd etmişdir ki, məqsədimiz  gəncləri məşqlərə cəlb etməklə onların sağlam,  idmançı kimi formalaşmasına nail olmaqdır.  Gənclərimiz  idmana nə qədər yaxın olarlarsa, zərərli vərdişlərdən bir qədər uzaq olar, onları əsrin bəlası -  narkomaniyadan qorumuş olarıq.

Klub rəhbəri fəaliyyət göstərdikləri dövr ərzində idmana maraq göstərən gənclərin kütləvi şəkil almasından, əldə olunan uğurlardan danışarkən qeyd etmişdir:

 - Rayonda fəaliyyətimizə ilk dəfə 8-10 nəfərlə, universal idman növündə məşqlərlə başladıq. Sonradan 20 şagirdlə “Cudo” məktəbini də açdıq. İdmana maraq göstərən uşaqların sayının çox olması, müsbət nəticələr bizdə digər iman növləri üzrə  fəaliyyətimizi genişləndirmək həvəsini yaratmışdır.

Hazırda “Zəfər” klubu tərəfindən 5 idman növü üzrə 100-ə yaxın, 6 – 30 yaşlarında uşaq və gənclərə məşqlər keçirilir. İdmançılarımız keçirilən yarışlada əldə etdiyi parlaq qələbələri onların gələcəyin çempionları kimi formalaşacağını deməyə əsas verir. 

 Klubumuz fəaliyyətə başladığı 2019-cu ildə, şagirdləri Bakı, Lənkəran və Şəki şəhərində keçirilən yarış və turnirlərdə 40-dan artıq nailiyyət qazanmışdır. Şəki şəhərində, Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr edilən Beynəlxalaq turnirdən idmançılarımızdan 5-nin qızıl, 4-nin gümüş, 5-nin bürünc medalla geri qayıtmışdır.

Məqsədimiz nailiyyətlərin sayını artıraraq, rayonun idman şərəfini daha yüksəklərə qaldırmaqdır. Bunun üçün təcrübəli, peşəkar məşqçi müəllimlərimiz də var. Razi İsayev ( universal idmanında ikiqat dünya çempionu) , Zəfər Kazımov ( bok üzrə idman ustası ), Qalib Tomarov ( Cüdo idman növü üzrə idaman ustası ),  Sahil Mustafayev ( boks üzrə təcrübəli məşqçi ) və  güləş idmanında Elçin müəllimin rəhbərliyi altında gənclərə qruplar üzrə mütamadi olaraq məşqlər keçirilir.

Koronavirus pandemiyası səbəbəbindən bir müddət məşqlərin də keçirilməsində məhdudiyyətlərə, məşqlərin keçirilməsinə imkan vermirdi. Hazırda mövcud şəraitin məşqlərə imkan verdiyindən gənclər çoxdan gözlədiyi məşqlərə həvəslə qatılmışlar. Müəyyən yeni uğurlarımız da var. Ötən ay Ağdaş şəhərində keçirilən, “Alpaqut Turan” döyüş sənəti üzrə 6-cı respublika çempionatında iştirak etmişik. Bu çempionatda yetirmələrimiz 2 qızıl, 2 gümüş medala sahib çıxıb. 

Qələmə aldı: Surxay Şahbazov

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR