» » Mubariz Ibrahimovun Ev Muzeyi istifadəyə verildi


Mubariz Ibrahimovun Ev Muzeyi istifadəyə verildi


Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun Ev Muzeyinin açılışı oldu.
 
“Bilesuvarinfo” xəbər verir ki, Milli Qəhrəmanın anadan olduğu  Biləsuvar rayonunun Əliabad kəndində tikilən Ev Muzeyinin açılış mərasimində Milli Məclisin vitse-spikeri  Fəzail İbrahimli, Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov və rayon içtimayyətinin nümayəndələri iştirak etmişdir.
 
Muzeyin acılış acılışında çıxış edən natiqlər Milli Qəhrəman M.İbrahimovun ölməz qəhrəmanlığından söz açmışlar. Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı F. Qürbətov qeyd etmişdir ki,  Mübariz İbrahimov göstərdiyi əvəzolunmaz  şücayəti ilə Azərbaycan gəncliyinin qəhrəmanlıq ruhunu yeniləmişdir.
 
Belə bir qəhrəmanın oğul böyüdən valideyinlərə öz minnətdarlığını bildirən vitse-spiker Fəzail İbrahimli çıxışında  bildirmişdir ki, Vətən Muharibəsində əldə etdiyimiz tarixi qələbədə Mübariz məktəbinin rolu əvəzsizdir: “Muharibədə vətən oğulları Mübarizin göstərdiyi qəhrəmanlıqdan güc alaraq, misilsiz qəhrəmanlıqları sayəsində düşməni torpaqlarımızdan qovdu.”  
 
Mübariz İbrahimovun qardaşı oğlu, balaça Mübarizin 3 yaşının tamam olmasına təsadüf edən museyin rəmzi acılışını bildirən rəmzi lenti qəhrəmanımızın atası Ağakərim İbrahimov tərəfidən kəsilib.
 
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun ev muzeyi doğulub boya-başa çatdığı rayonun Əliabad kəndindəki ata evinin həyətində inşa olunub. Bir mərtəbədən ibarət olan muzeyin sərgi zalında Milli Qəhrəmana aid şəxsi əşyaları və  eksponatlar yer alıb.

 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan