» » Peşə bayramınız mübarək, əziz Polislərimiz!


Peşə bayramınız mübarək, əziz Polislərimiz!


Bu gün Azərbaycan Polisinin yaranmasının 103 - ci  ildönümünü qeyd edilir.

Azərbaycan Polisi ona  güvənilən 103 ilik bir tarixdə öz işinin öhdəsindən ləyaqətlə gələrək öz tarixini yazıb.

Bu gün, əlamətdar bir tarixdə, yaşlı nəsilin nümayəndələrindən, veteran polis Sərraf Höccətovla həmsöhbət olarkən  Püşkin  polisinin xidmətlərindən danışması yadıma da düşür. Saf əqidəli, peşəsinin vurğunu, neçə-neçə milislərimizin ( bu vaxtlar belə adlanırdırılırdı ) vətənə xidmətinə,   onların öz peşəsinə vurğunluğuna heyran qalırsan.
 
Biləsuvar Polis şöbəsi  1930-cu ildə, o vaxtlar rayon Puşkin qəsəbəsi adlandırılarkən formalaşdırılmışdır. Mübariz İbrahimov küçəsində yerləşən polis şöbəsinin yerində Qalantay soyadlı varlı bir malakanın evi olub. Bu ev 1934-cü ildə ondan alınaraq milis işcilərinə verilib.

Milis idarəsibin şəxsi heyyəri bu zaman  rayonun fəal dövlət adamları ilə formalaşdırılaraq, ilk rəisi olan Adıgözəlov soyadlı şəxs (1941-ci ilə kimi, əməkdaşları : Elçin (rəisin köməkçisi), milis nəfərləri; Dıbış, Xuduş Həşimov, Baba Mahmudov, Qazanov xatırlanır. 1941-ci ildən Biləsuvar Milis şöbəsinin Əiyev soyadlı şəxsin rəhbərliyi ilə yeni milis nəfərləri, indiki Puşkin küçəsindən Musa Əsədov, Mustava Güləliyev, Uruf Məmmədov, Əli Hüseynov da təyin olunmuşlar.
Rəis olan Aqil Həşimov, milis nəfəriləri-İman Cəbrayılov, Mahmud Həsənov, Həzrətqulu Məmmədovun (sahə müvəkkili) fəaliyyəti nisbətən yaxın illərlə bağlı olduğundan onaların fəaliyyəti yaşlı nəsilə tanışdır. Partizan ləqəbli Babaş Rzayevin rəislik fəaliyyəti  Biləsuvarın Cəlilabad rayonun ayrıldığı  1964-ci ilə təsadüf edir.
1964-cü ildə rayon milis şöbəsinin fəaliyyəti sahəsi genişlənməyə bilməzdi. Biləsuvarın yenidən müstəqil rayon sutastusunu alması, yaşayış massivlərinin artması bunu tələb edir. Daha geniş tərkibdə fəaliyyətini davam etdirən milis şöbəsinə Fazil Quliyev təyin olunur. Müavinləri Musa Hüseynov və Azad Rəhimov, Mamed (OBOXS) və sürücülər- Kamal Bağırov, İmaməli İsayev. Və bu gün çoxlarına tanış olan milis nəfərləri Xannayıb Orucov, Barat Mehtiyev, Konto Teymurov, Xudayar Teymurov fəxrlə xatırlanır.
 
Geridə qalan tarixdə Biləsuvar rayonunda xidməti olmuş polis işcilərimiz çox olmuşdur. Onların gərgi  xidmətləri ilə rayonda içtima asayişin qorunmasında, cinayətkarlılğa qarşı mübarizədə öndə getmişlər. İllər keçsə də onların nümunəvi fəaliyyətindən , elə-obaya olan məhəbbət hissi özündə əks olunan xatirələr danışılır. Biləsuvar rayon  Polis Şöbəsinin əməkdaşları birinci Qarabağ müharibəsində bütün döyüş bölgələrində xidmət etmişdir.    
 
Bu gün  ximətdə olan, öz peşəsində  ləyaqətlə xidmət etməkdən qürur duyan polislərimizlə rastlaşarmağımızın xüsusi sevinci var. Onlar müstəqil dövlətimizin azad vətəndaşlarına xidmətdə veteran polislərin təcrübəsindən də yararlanırlar.
 


Biləsuvar şəhər sakini olan Umudəli Gülalıyev bütün əmək fəaliyyəti şərəfli polis peşəsi ilə bağlıdır.

Onunla görüşümüz bu ilin qış aylarının birinə təsadüfi etmişdir. Söhbət əsnasında qocaman polisimiz 50 ilə yaxın fəaliyyəti zamanında maraqlı xatirələrə toxunmuşdur.

Ən əsası,  peşəsinə  bağlı olan U.Gülalıyev bütün  fəaliyyətində haqqın, ədalətin tərəfində durmağı bacarıb.

Eşq olsun!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan