» » “Qarabağ” ordenli şəhid kapitanımızın 32 yaşı tamam oldu - Video


“Qarabağ” ordenli şəhid kapitanımızın 32 yaşı tamam oldu - Video


 Vətən muharibəsinin  yenilməz qəhrəmanlıq simalarından biri  Elçin Tağıyevin 32 yaşı tamam olur.

"Bilesuvarinfo" xəbər verir ki, şəhidin doğum günündə, yüzlərlə Elçinsevər onun  kəndinə gələrək  ailə üzvləri ilə görüşmüş, kənd qəbiristanlığında məzarını ziyarət etmişlər.

Bu gün Biləsuvarın Zəhmətabad kəndi Bakı şəhərindən və qonşu rayonlardan gələn qonaqlara da qucaq açmışdır. O, qonaqlara ki, kapitan Elçinin əziz ruhuna öz ehtiramlarını bildirməyə gəlmişdi.

Qeyd edək ki, Elçin Ağaqulu oğlu Tağıyev 1989- cu ilin 01 iyulunda Biləsuvar rayon Zəhmətabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. 2003-ci ildə Ənvər Rəhmətov adına Zəhmətabad kənd orta məktəbin 9- cu sinifini başa vurub, C. Naxçıvanski adına hərbi liseyə, 2006 - cı ildə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2010- cu ildə AHM-i fərqlənmə ilə başa vuran Elçin, bir il təkmilləşdirmə kursunu da keçmişdir.

Video
 
2012 - ci ilin avqustundan Qusar rayonundakı “N” saylı hərbi hissədən vətəninə şərəflə xidmətə başlayan leytenant Elçin Tağıyev daha sonra baş leytenant rütbəsini alaraq Sumqayıt şəhərində “N” saylı hərbi hissədə tağım komandiri seçilmişdir.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayda Goranboy raynundan düşmən üzərinə şığıyıq Elçin Tağıyev. Döyüşlər başalyan ilk gündən qəhrəmanımızın rəhbərlik etdiyi həmlə taboru düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmən istehkamlarını darmadağın edir. Silahdaşlarının sözlərinə görə, sentyabrın 29 - da Murovdağda, “Ömər” postu uğurunda döyüşdə mühasirəyə düşən taborunu mühasirədən məharətlə çıxarmağı bacarır. Kapitan Elçin Tağıyevin rəhbərliyi ilə mühasirənin yarılması üçün 6 saat davam edən döyüş itkisiz olub.

30 sentyabrdan 1 oktyabra keçən gecə kapitan Elçin Tağıyevin taboru Murovdağ istiqamətində yerləşən üç yüksəkliyi düşməndən təmizlənilməsi əmrini alır. O, çətin döyüş tapşırığını canı bahasına da olsa yerinə yetirir, düşmən postları təmizlənir. Bu son döyüşündə özü də yaralanan komandir döyüşü davam etdirərək yaralı əsgər və şəhidlərinin döyüş meydanından çıxarılması tapşırığını verir.
Yenilməz komandir E.Tağıyev ağır yaralanmasına baxmayaraq, ağır döyüşü tərk etməyib düşmənin xeyli canlı qüvvəsini məhv edir. Son anda özü də qəhrəmancasına şəhidlik məqamına ucalır. 

Onun şəhadətə yüksəldiyi möqeyin 52 - gün düşmənin atəş altında saxlaması, nəşinin götürülməsinə imkan verməmişdir. Anacaq düşmən məğlubiyyətə düçar olduqdan sonra, qəhrəman kapitanımızın nəşi şəhid olduğu yüksəklikdən götürülür. Elçin doğulduğu Biləsuvarın Zəhmətabad kənd qəbiristanlığında torpaqa tapşırılıb.
İndi Şəhid kapitanımızın bizlərə 3- övladı-qızı Dəryanur, Tağı və üzünü çox az gördüyü Məhəmməd adlı oğlanları əmanət qaldı. Qardaşı  Yalçın Tağıyev hərbi həkimdir, Vətən muharibəsi  iştirakçısıdır

O,  Vətən muharibəsində Talış və Suqovuşan istiqamətində strateji ərazilərin işğaldan azad olunmasında taboru ilə birlikdə göstərdiyi şücaətə görə“Qarabağ” ordeni ilə təltif edilib.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR