» » İcra Hakimiyyətində növbəti onlayn qəbul keçirildi, qəbul zamanı...


İcra Hakimiyyətində növbəti onlayn qəbul keçirildi, qəbul zamanı...


25 iyun 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbəti onlayn qəbulu keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, keçirilən qəbul zamanı rayonun şəhər və kəndləri üzrə qəbula yazılmış 19  nəfər vətəndaşı narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən dinlənilib.

Sakinlərin müraciətlərində əsasən maddi köməklik olunması, məşğulluğun və özünüməşğulluğun təmin edilməsi, kənd təsərrüfatı və torpaq məsələləri, qonşu  mübahisələri, su ilə təminat və digər sahələr üstünlük təşkil edib.

Vətəndaşların müraciətlərini  dinləyən icra başçısı səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həll edilmiş, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülmüşdür.





Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan