Vətən muharibəsində ən gənc şəhidimiz » Yerli İnformasiya Agentliyi
» » » Vətən muharibəsində ən gənc şəhidimiz

Vətən muharibəsində ən gənc şəhidimiz


Vətən müharibəsində tarixi qələbəmizdə  Azərbaycanın ən gənc şəhidi 18 yaşlı Elmin Bayramovun da adı var.  Bu gün doğulduğu Biləsuvarın Əsgərabad kəndində ailəsi  Elminin 19 yaşını, onsuz qeyd edir.

Qürur və fəxarətlə ad günü qeyd olunan Elmir orta məktəb illərindən hərbçi olmaq arzusu ilə böyüyüb.Onun  yağılara qarşı aşıb-daşan, hədsiz nifrət hissini müəllimləri ilə yanaşı, ailəsi də çoxdan bilirdi. Ali Hərbi Məktəbin məzunu olmaq, zabit geyimində, məğrur duruşuyla Vətən  torpaqlarımızın keşiyində qürurla dayanmaq istəyi ilə çırpınırdı onun ürəyi..

 Ötən ilin 27 sentyabr tarixindən  müqəddəs savaşımızın başlaması 18 yaşı yenicə tamam olan E. Bayamovun sanki içində yatmış alovu oyadır. Cəmi üç ay idi ki, həqiqi hərbi xidmətə yollanmışdı. O,  təkidli tələbi ilə  işğal altında olan torpaqların azadlığı uğrunda başlanan hücum  əməliyyatlarına qatılır. 

Füzuli istiqamətində  aldığı ilk döyüş tapşırıqlarını peşəkar səviyyədə icra edən baş atıcı Elmin Bayramov  növbəti hücum planlarında da komandirləri ilə   birlikdə addımlayır.

Nəvəsinin vətənpərvər oğul olmasından söz açan İsa Bayramov deyir ki, Elmin mənim ilk nəvəm idi. Onun əvvəldən arzusu hərbçi olmaq idi.  Müharibə başlaynda da bizlə zəngləşdi ki, mən gedirəm müharibəyə, narahat olmayın. Gülüb sevinə sevinə danışırdı ki, bizlə narahat olmayın, hər şey qaydasındadır.  Baba məndən ötrü narahat olma-dedi.

Nəzakət  nənə deyir ki, 18 yaşında körpə balam, 3 ayın saldatı  30 illik həsrətə son qoydusa, ondan  necə qəhrəmanlıq duymaq olmaz. O gedəndə elə bil bilirmiş ki, şəhadətə qovuşacaq. Gedəndə yemək bişirən aşbazlardan  halallığın aldı,dedi, ola bilsin bəlkə də mən qayıtmadım. Mənim yolumda elədiyiz zəhməti halal edin.
Vətənə qarşı dedikcə çox Vətənə bağlı uşaq idi. Onun ad günün mən birinci ürəyimdə, ikinci şəhadəti ilə təbrik edirəm, 19 yaşın. 

Şəhidimizin valideyinləri  Elmin haqqında danışmaqdan doymurlar.Ailədə böyütdükləri iki oğul övladının necə də Vətənə ürəkdən bağlı olduqlarının bir daha şahidi olursan. 

Elməddin Bayramov (şəhid atası) demişdir: 
"Baxmayaraq ki, 18 yaşı var idi onun, çox böyük ürəyi var idi. Allah ona böyük ürək vermişdi.Çox cəsur, qorxmaz, istəyinə də nail oldu.Qəhrəman kimi də,Vətən uğrunda döyüşərək, elə öz məqsədinə nail oldu, şəhid oldu vətəni uğrunda.Bu gün də onun 19 yaşı tamam olur,doğum günüdür. O, dünyaya gələndə çox sevinmişdim,bu gün çox fəxrlə onun doğum günü qeyd edirəm, qürurla deyirəm, Vətən sağ olsun!

Gültəkin ana isə, şəhid oğlu ilə bağlı son xatirəni xatırlayır:
- Getməmişdən 5 - 10 gün qabaq dedi: ana, sənə bir söz deyim, birdən mən gedib gəlməsəm, nə edərsən.
Elə niyə deyirsən - ondan soruşanda , yenə dedi ki, ana mən səndən sualımın cavabın istəyirəm.
Mən axırda ona dedim ki, Allah bilən özü yaxşıdı, biz kimik ki...
18 yaşında yolladıq, 19 yaşında bu günkü günündə cənnətdə qeyd olunur. Biz də burda onun ad günün qeyd edirik.. .
 
Elmin ailəsi ilə son dəfə oktyabr ayının 5-də, səhər saatlarında əlaqə saxlayıb.  Elə həmin gün Füzuli uğrunda gedən həlledici döyüşlərin birində qəhrəmancasına  şəhidlik zirvəsinə ucalan Elminin ailəsinə onun şəhadət xəbəri verilib.

 18 yaşlı qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Vətənin bütövlüyü uğrunda canından keçən, ölümü ilə ölməzlik qazanan qəhrəman, sənsiz keçən doğum günün mübarək!
 
Samir Qurbanov
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq