» » NIZAMSIZ QALAN DÜNYA...


NIZAMSIZ QALAN DÜNYA...


Biologiya üzrə fəlsəfə doktoru, dosent Mehdizadə Nizam Mirxas oğlu ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakültəsində uzun müddət işləmişdik. Münasibətlərdə həmişə ölçü-biçini dəqiq gözləyirdi. Heç vaxt kimsənin xətrinə dəyməzdi. Həmişə insanlığı hər şeydən uca tutardı. 

ADPU-nun Biologiya fakültəsində dekan müavini işlədiyi zaman (2006-2016) dostları arasında “Tədris sahəsinin atası” adlandırılmışdı.  Biologiya fənni üzrə Respublika Olimpiadasında məsul katib, sədr müavini (1996-2015) və Beynəlxalq Biologiya Olimpiadasında  Azərbaycan Respublikasının komanda rəhbəri kimi ölkəni təmsil etmiş və 6-cı Beynəlxalq Biologiya Olimpiadasının “Sertifikatı”nı almışdır.

AMEA-nın Fiziologiya İnstitutunun nəzdində AAK-nın “İnsan və heyvan fiziologiyası” və “Biokimya, Molekulyar biologiya” ixtisasları üzrə müdafiə şurasının üzvü olmuşdur (2012-2021).

 “Təhsil sistemindəki müvəffəqiyyətlərinə görə” Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə  “Tərəqqi medalı” ilə təltif olunmuşdur (2012).
Nizam müəllim daim insanlıq yolunda düz olurdu, Allaha dualar edirdi. Həmişə dostları ilə görüşəndə deyirdi, əgər insan inanaraq Allaha dua edərsə onun qəlbi daim işıqlı olar. Mənəvi təmizlik və səbr Allahın sevdiyi keyfiyyətlərdir. Belə insanlar ALLAHA çox yaxın olurlar.  ...Həmişə Allaha şükür edirdi. ...

 Həmişə məsləhət verirdi ki, heç vaxt dərdlərinizdən şikayətlənib Allaha asi olmayın. Sanmyın ki, dərd yalnız sizdə var. Sizdəki dərdi nemət sayanlar da var.  ...İnsanlara xoş davranın. Ən uyğun davranış özünə necə davranılmasını istəyirsənsə, insanlarada elə davranmağındır...  Kədərlənməyin...  Bağlanan bütün qapılar bir gün xeyirə açılarlar, səbr edin, sonra baxın görün qapının arxasında nə var... İnsanlar çalışıb daxili aləmini gözəlləşdirb, Allaha yaxınlaşmalıdılar.  Xarici gözəllik ilk sözü deyir. Daxili gözəllik isə son sözü deyər...

Hamının – tələbələrin, həmkarlarının, dostlarının sevimlisi olan Nizam müəllim daim DÜNYANIN nizamda olmağına çalışırdı. İndi isə bu DÜNYA NİZAMSIZ qaldı. Əziz dost Uca Allahdan sizə rəhmət diləyirəm.

Dostları və həmkarları adından
  Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri, 
kimya elmləri doktoru
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR