» » Könüllü gənclərə sertifikatlar verilib - ŞƏKİLLƏR


Könüllü gənclərə sertifikatlar verilib - ŞƏKİLLƏR


Biləsuvar DAİM-də könüllülük fəaliyyətini uğurla başa vurmuş bir qurup  gənclə görüş keçirilib.

Tədbirdə sözügedən mərkəzin müdir müavini Tural Ağazadə  iştirak edib. O,  5 məzun könüllüyə "Sertifikat" və pandemiya dövründə "Aqrar İnkişaf Könüllülər" Təşkilatı nəzdində  aktiv fəaliyyətinə görə "Təşəkkürnamə"ləri təqdim təqdim edib və xatirə fotosu çəkilib. 

Qeyd edək ki, bir müddətdir ölkəmizdə fəaliyyəti göstərən  "Aqrar İnkişaf Könüllüləri” təşkilatının müxtəlif şöbələrində qurumun fəaliyyət istiqamətləri ilə tanış olan könüllülər əmək vərdişləri, vətəndaşlarla ünsiyyət qurma bacarıqlarının formalaşması istiqamətində lazımi təcrübə qazanırlar.

“Aqrar İnkişaf Könüllüləri” təşkilatının yaranmasında əsas məqsəd aqrar sektorun inkişafına ictimai dəstək vermək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməkdən ibarətir. 

Elmir Cavadlı,
Biləsuvar rayonu üzrə Aqrar İnkişaf  Könüllülərinin nümayəndəsi







Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan