Biləsuvarda 17 iyun - Tibb işçilərinin peşə bayramı qeyd olunub » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda 17 iyun - Tibb işçilərinin peşə bayramı qeyd olunub

Biləsuvarda 17 iyun - Tibb işçilərinin peşə bayramı qeyd olunub

Biləsuvar rayonunda 17 iyun - Tibb işçilərinin peşə bayramı qeyd olunub.

"Bilesuvarinfo"
xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyətində 17 iyun - Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

İştirakçılar öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad etdilər.
Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibətilə səhiyyə işçilərini təbrik edərək, onlara  çətin və incə işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. F.Qürbətov qeyd etdi ki, son illər ölkəmizdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin  tibb müəssisələrinin açılışlarında iştirakı, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyələr tibb kollektivlərini  daha da  ruhlandırmışdır. Nəcib peşə sahibləri olan tibb işçilərimiz öz vəzifə borclarını daim şərəflə yerinə yetirərək insanlara həyatda ən şirin nemət olan can sağlığını bəxş edirlər.
Dünyanı bürümüş COVİD-19 pandemiyasına qarşı mübarizədə bütün respublikada olduğu kimi, rayonumuzda da tibb işçilərinin gecə-gündüz bilmədən göstərdikləri fədakarlıqlar əhali tərəfindən sonsuz razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır.
Tədbirdə  Biləsuvar  Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Xoşbəxt Ağayeva çıxış edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir.
X.Ağayeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanırlar. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Tədbirin sonunda bir sıra tibb işçisinə Biləsuvar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub. 

XƏBƏRLƏR ŞÖBƏSİ 


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq