» » Səhiyyəmizin Bibixanımı


Səhiyyəmizin Bibixanımı

O, bu gün peşə bayramlarını qeyd edən tibb işçilərindəndir. Düz 40 ilə yaxındır ki, bir müəssisədə dayanmadan, yorulmadan insanlara xidmət göstərir.


"Bilesuvarinfo" xəbər verir ki, Məmmədova Bibixanım Əzizulla qızı 1959-cu ildə Biləsuvarın Əliabad kəndində anadan olub.

Lənkəran Tibb Texnikomunda təhsilini başa vurduqdan sonra, 1983-cü ildən bu günədək, Biləsuvar rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində tibb bacısı kimi xidmət göstərir.

Sevərək seçdiyi peşədə çalışmaqdan zövq alan Bibixanım çalışdığı  kollektivin, həm də xidmət göstərdiyi minlərlə pasientinin sevimlisi olub. Onu sevimli edən nümunəvi davranışı, insanlara qayğıkeş həssas münasibətidir. 

Bir kollektivdə çalışan gənclərə bibilik edib, onlara öz təcrübəsini bölüşüb, onların formalaşmasına nail olub. Əmək veteranıdır, nümunəvi xidmətinə görə fəaliyyəti dövründə çox sayda fəxri fərman və diplomlara layiq görülüb

Bu il ömrünün 62-ci baharını yaşayan bibimiz həm də nümunəvi anadır. Ömür gün yoldaşı ilə böyüdüb, həyata hazırlağı 2 oğu, 2 qız övladının ali təhsil almalarına da nail olub. Onlar müəllimlik peşəsini seçib. 

XƏBƏRLƏR ŞÖBƏSİ




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR