» » İş yoldaşın qətlə yetirdi


İş yoldaşın qətlə yetirdi


Biləsuvarda qətl hadisəsi törədilib.
 
"Biləsuvarinfo" xəbər verir ki, hadisə rayonun Ağayrı kəndinin ərazisində baş verib.
Belə ki, tarlada bir yerdə işləyən gənclərin aralarında olan mübahisə qətl hadisəsi ilə yekunlaşıb. Bu səhər bir maşında işləməyə gedən Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu, rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğluna  ağır bıçaq xəsarəti yetirib. 


Yaralı rayon xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Həmçinin bir maşında olan Ağayrı kənd sakini, 2005-ci il təvəllüdlü Rüstəmov Nurlan Rüstəm oğlu  qolundan bıçaq xəsarəti alıb.


Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda çinayət işi açılıb.  

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan