Biləsuvarda 11 min hektar sahədə arpa biçini həyata keçirilib » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda 11 min hektar sahədə arpa biçini həyata keçirilib

Biləsuvarda 11 min hektar sahədə arpa biçini həyata keçirilib


Bu il Azərbaycanda 375 min hektardan artıq sahədə payızlıq arpa əkilib. Bu günə olan məlumata görə, artıq 112 min hektardan artıq sahədə biçin prosesi başa çatdırılıb.


"Biləsuvarinfo" xəbər verir ki, bu ilki mövsümdə Biləsuvar rayonu üzrə də əkilən taxıl sahələrində məhsulun toplanılmasına başlanılıb. 34845 hektar taxıl əkininin 13726 hektarını buğda, 21119 hektarını arpa sahələri təşkil edir. 


Hazırda təsərrüfatlarda arpa biçini yüksək sürətlə davam etdirilir. Rayon ərazisində biçin kampaniyasının mütəşəkkil qaydada aparılmasından ötrü  80-dən artıq taxıl biçən kombayn  sahələrə cəlb olunub.
 
İlkin olaraq rayonun Nəsimi, Nərimankənd, Aşağı Cürəli, Ağalıkənd, Təzəkənd kəndlərindəki zəmilərin məhsulu  yığılıb.
Artıq rayon üzrə arpa sahələrinin 11000 hektarında biçin başa çatıb. Orta məhsuldarlıq 30,8 sentnerdir, mütəxəssidlərin sözlərinə görə biçin davam etdikcə bu göstərici yüksələcək.  Hazırda olan məhsuldarlıq ötən ildəkindən 5-6 sentnerdən artıqdır.
 
Qeyd edək ki, bu gün  rayonda  taxıl biçininin kütləvi gedişi ilə tanış olmaq üçün  Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov və  "Aqroservis" ASC - nin idarə heyətinin sədri Elmir Rəhmanov taxıl zəmilərində olublar.




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq