» » "Vaz 21 07" -i ağaca çırpıldı, sərnişin dünyasın dəyişib


"Vaz 21 07" -i ağaca çırpıldı, sərnişin dünyasın dəyişib


" Biləsuvarinfo.az" xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib.
 
Sözügedən kəndin sakini olan,  1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənov idarə etdiyi "Vaz 07" markalı, 12 BX 137 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. 

Qəzada idarəetmədən çıxan maşının ağaca çırpılması nəticəsində sürücünün sərnişini, həyat yoldaşı olan 1952-ci təvəllüdlü  Şahbazova  Elzangül Lətiv qızı hadisə yerində dünyasın dəyişib.

Qeyd edək ki, qəzaya düşən baba və nənə 12 il sonra anadan olan nəvələrinin bu gün təşkil etmək istədikləri məclisi üçün bazarlıqdan qayıdırmışlar.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan