» » Bu gün Hacı Mirsultan ağanın haqqa qovuşduğu gündür


Bu gün Hacı Mirsultan ağanın haqqa qovuşduğu gündür


Hacı Mirsultan ağanın müqəddəs Məkkə şəhərində haqq dünyasına qovuşduğu gündən 28 il ötür.

"Biləsuvarinfo.az" xəbər verir ki, Hacı Mirsultan ağa 1933 -cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olmuşdur. 

Sovet imperiyasının represiya və təzyiqlərinə məruz qalan Ağa bütün çətinliklərə baxmayaraq  imanlı adam olmuşdur. 

Onu 15 yaşında olarkən Qazaxıstana sürgün etmək istəyirlər. Bunun üçün ağanı Lənkərana gətirirlər ki, gəmi ilə Qazaxıstana yola salsınlar. Lakin gəmi işə düşmür, 3 dəfə cəhd etsələr də bu mümkün olmur. Nəhayət Ağanı Qəbələ rayonuna aparırlar. 

Mirsultan ağa 17 yaşınadək orada yaşayır və 1956-cı ildə Salyan rayonunun Arbatan kəndinə köçürürlüb. 1956-cı ildən isə Biləsuvar rayonunun Əsgərabad kəndində yaşamağa başlayırlar.

Hacı Mirsultan ağanın keşməkeşli ömür yolundan, nurlu çöhrəsindən, nümunəvi davranışından, Tanrıdan gələn möcüzatlarından o qədər danışmaq olar ki...  1993-cü ildə Hac ziyarətinə yola düşən Ağa hamı ilə xudahafizləşir, halallaşır. Deyir:  "Məni Allah qonaq çağırıb, gedirəm, daha geri qayıtmayacağam".

1993-cü il mayın 21-də ziyarətə yollanan Ağa  orada da vəfat edib, 1993-cü il 04 iyun tarıxində müqəddəs torpağa tapşırılıb.

Allah rəhmət eləsin.!.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan