» » Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd ounub (ŞƏKİLLƏR)


Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd ounub (ŞƏKİLLƏR)


Uşaqların Beynəlxalq Müdafiəsi Günü  dünyanın əksər ölkələrində olduğu kimi,  Azərbaycanda da qeyd edilir. Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. 
 
“Bilesuvarinfo.az”​​​ xəbər verir ki, əlamətdar bu gün münasibətilə Biləsuvarda keçirilən bayram şənliyi rayon Uşaq və İncəsənət məktəbinin həyətində açıq səma altında təşkil edilmişdir.
 
Mərasimdə rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov çıxış edərək qeyd etmişdir ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
 
Daha sonra bayram tədbiri şagirdlərin hazırladıqlar maraqlı proqramla davam etdirildi.  Uşaqların rəngarəng musiqi nömrələri ilə çıxış etmiş, fidan balaların rəqsləri maraqla qarşılanmışdır.
 
Həmçinin mərasimində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin təşəbbüsü, Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən "Gənclər kəndi" layihəsinin qalibi-Ağayrı kəndinin gəncləri üçün rəmzi mənada hazırlanan açar bu kəndin icra nümayəndəsi  Azər Qədimova təqdim edilmişdir..

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan