» » “Gənclər kəndi” təqdim olunacaq


“Gənclər kəndi” təqdim olunacaq


Biləsuvarda, ölkə üzrə ilk dəfə reallaşdırılan “Gənclər kəndi” layihəsinin qalibi sabah təqdim olunacaq.

“Biləsuvarinfo.az” xəbər verir ki, Biləsuvar rayon Musiqi və İncəsənət məktəbinin həyətində açıq havada təşkil olunacaq təqdimat mərasimində layihənin qalibi-Ağayrı kəndinin gənclərinə hədiyə və rəmzi mənada hazırlanan açar veriləcək. 

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən "Gənclər kəndi" layihəsində səsvermə  www.bilesuvarinfo.az saytında keçirilmişdir.  


01 may - 15 may tarixində olan səsvermədə 8580 nəfər  iştirak etmiş,  2410 (28,09%) səslə Ağayrı kəndi səsvermənin qalibi olub. Kənd 1 il müddətində "Gənclər kəndi" ünvanını qoruyacaq. 

Bu müddətdə, layihəyə əsasən, bu kənd  gənclərinin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda daha fəal iştirakı təmin ediləcək, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək veriləcək. 

“Gənclər Kəndi”nın elan edilməsi yerlərdə gənclərə diqqətin artırılması, gənclər siyasətinin yeni səviyyədə daha da canlandırılması məqsədi ilə həyata keçirilir. 

P. S:  Aşağıda göstərilən siyahıda  24 kənd üzrə səsvermənin nəticələri öz əksini tapır.  Diqqəti çəkən məqam budur ki,  bu kəndlər arasında əhali sayına görə öndə duranlarda səsvermənin nətiçələri tam əksinədir. Görünür bu kəndlərin  rəhbərliyi gənclərlə bağlı işlərdə maraqsızdır. Sosial şəbəkələrə yaxınlığı ilə seçilən gənclər sözsüz ki,  bu kəndlərdə də var. Onlar da qalib olmaq istəyərdi...  

Ağalıkənd - 35 (0,41%)

Ağayrı - 2410 (28,09%)

Amankənd - 752 (8,76%)

Aranlı-Çinarlı - 140 (1,63%)

Arazbarı - 1 (0,01%)

Aşağı Cürəli - 31 (0,36%)

Bağbanlar - 322 (3,75%)

Bəydili - 535 (6,24%)

Çaylı - 268 (3,12%)

Dərvişli - 57 (0,66%)

Əliabad - 14 (0,16%)

Əsgərabad - 71 (0,83%)

Günəşli - 271 (3,16%)

İsmətli - 64 (0,75%)

Muğan - 6 (0,07%)

Nərimankənd - 66 (0,77%)

Nəsimi - 70 (0,82%)

Ovçubərə - 62 (0,72%)

Səmədabad - 20 (0,23%)

Təzəkənd - 15 (0,17%)

Xırmandalı - 189 (2,2%)

Yuxarı Ağalı - 2323 (27,07%)

Yuxarı Cürəli - 50 (0,58%)

Zəhmətabad - 807 (9,41%)

Səslər: 8580
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan