» » Biləsuvarda “Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda onlayn konfrans keçirildi (Şəkillər)


Biləsuvarda “Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda onlayn konfrans keçirildi (Şəkillər)


     27 may 2021-ci il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş “Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda onlayn konfrans keçirildi. Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, tarix müəllimi Arif Ağazadə, gənc könüllü Əminə Əhmədzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin əməkdaşları, könüllülər və rayon gəncləri iştirak etdilər.

     Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev iştirakçıları bayram münasibətilə təbrik edərək şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və 23 aylıq fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tarixində şərəfli yer tutması barədə danışdı.

    Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ötən əsrin sonunda ulu öndər Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində apardığı müdrik siyasətdən  geniş söhbət açmış, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın tərəqqisi naminə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulamışdır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dövlətçilik salnaməmizin tarixi keçmişi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində yaxın keçmişdə görülən işlərdən ətraflı danışmışlar.

Daha sonra tarix müəllimi Arif Ağazadə, gənc könüllü Əminə Əhmədzadə çıxış edərək Respublika Günü ilə bağlı ətraflı söhbət açmışlar, bildirmişlər ki, biz gənclərin üzərinə düşən əsas vəzifə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənmək, ideyalarını təbliğ etmək və dövlətçilik ənənələrini möhləndirmək üçün əlimizdən gələni əsirgəməməkdir.

 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR