» » Bəhruz Məhərrəmov növbəti bir ailəyə kömək etdi


Bəhruz Məhərrəmov növbəti bir ailəyə kömək etdi


Deputat Bəhruz Məhərrəmov sosial şəbəkə olan "FACEBOOK" səhifəsində paylaşım edərək bildirmişdir ki :

-Bir müddət öncə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan balaca  Həsəni ziyarət etmişdim. Söhbət əsnasında ailənin çətinliklə üzləşdiyini, Həsənin hələ azı il yarım Bakıda xəstəxanada qalmalı olduğunu, atası Bəxtiyarın isə Biləsuvarda mühafizə polis nəfəri kimi çalışdığı və uşağı Bakıda qoyub rayona gedə bilmədiyi üçün məcburən işdən çıxmağı planlaşdırdığını öyrəndim. Bir neçə gün öncə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovla telefon danışığımızda bu məsələ barədə ona bəhs etdim. Vilayət müəllim dərhal Bəxtiyarın iş yerinin , xəstəxananın yerləşdiyi paytaxt rayona dəyişməsi barədə tapşırıq verdi.

Bu gün videoformatda Bəxtiyarla əlaqə saxladım, artıq sənədləşmə bitmək üzrədir və o  yeni işinə başlamağa hazırlaşır. Xeyirli olsun, ümid edirəm  tezliklə balaca Həsənin müalicəsi bitər, ailə də yenidən doğma Biləsuvara dönər. 

Fürsətdən istifadə edib, həssaslığa və yüksək diqqətə görə isə cənab Vilayət Eyvazova xüsusi təşəkkür edirəm, əsl vətəndaşlıq mövqeyi göstərməklə bu ailəyə sanki ikinci şans verdi.

P.S: "Bilesuvar.İnfo" kollektivi olaraq biz də diqqətə və həssas münasibətə görə cənab nazir Vilayət Eyvazova və deputat Bəhruz Məhərrəmova  təşəkkürümüzü bildiririk.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR