» » Qaliblər arasında Rəvan müəllim də var


Qaliblər arasında Rəvan müəllim də var

Respublikada müəllinlər arasında keçirilən İlin Gənc Müəllimi müsabiqəsi” nin nəticəsinin elan edilməsi Biləsuvar təhsili üçün yaddaqalan olub.

“Biləsuvar.info” xəbər verir ki, rayonun müəllimlərindən olan Rəvan Məmmədov müsabiqənin qaliblərindən olaraq üçüncü pillədə yer alıb.

Müəllimlərin bilig və bacarıqlarının təşviqində xüsusi  əhəmiyyət daşıyan bu  müsabiqə 2018-ci ildən Milli Məclisin Mədəniyyət komitəsi və  AzEduAz Təhsil Portalının dəstəyi ilə keçirilir. Rəvan müəllim müsabiqənin Biləsuvar rayonundan ilk və hələ ki yeganə qalibidir.  Qarşıdakı yaxın günlərdə qaliblərin Milli Məclisdə  mükafatlandırılması olacaq.

Qeyd edək ki,  3 mərhələdən ibarət keçirilən müsabiqənin birinci turunda ölkə üzrə ilk ən yaxşı 50 nəfər müəllim, sonra 10 finalçı seçilir. Üçüncü mərhələdə isə səsvermə  yolu ilə və şəxsi uğurlar nəzərə alınmaqla qaliblər müəyyənləşir.

Rəvan müəllimi qazandığı yeni uğuru münasibətilə təbrik edirik!

Oxucularımız aşağıda göstərilən linkə daxil olmaqla Rəvan müəllimin həyat və fəaliyyəti ilə yaxından tanış olar, onun bir pedoqoq kimi, nəinki ölkəmizdə, dünyanın qabaqcıl təhsil müəssisələri tərəfindən tanınan fərqli bir gənc pedoqoq olmasından da məlumat əldə edə bilərlər. ( http://www.nkpi.az/?page=addread&id=7667&lang=en )
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR