» » Baş gizirimiz qəfildən dünyasını dəyişib


Baş gizirimiz qəfildən dünyasını dəyişib


Azərbaycan Ordusunun baş giziri Ağayev Elman Ağamoğlan oğlu  qəfildən  dünyasın dəyişib. 


" Biləsuvar.info" xəbər verir ki, dünən sakini olduğu Biləsuvar rayonuna, ailəsinə baş çəkməyə gələn gizirimiz bu gün evində  olarkən qəfildən ürəktutmadan haqq dünyasına qovuşub.



Qeyd edək ki, 1979 təvəllüdlü  baş gizir E. Ağayevin 22  il Vətənə xidmət yolu var. O, Aprel və Tovuz döyüşlərinin iştirakçısıdır. Vətən muharibəsində də şanlı döyüş yolu keçən qəhrəmanımız döyüşlərdə yaralanmışdır. "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan