» » Şəhid ailəsinin də bu ərazidə yaşaması Qaz idarəsinin rəsmilərini düşündürmür...


Şəhid ailəsinin də bu ərazidə yaşaması Qaz idarəsinin rəsmilərini düşündürmür...


"Bilesuvar.İnfo"​​​ya edilən müraciətlə bağlı  dünəndən götür-qoy edirik. Mövzuya necə münasibət bildirək ki, qarşı tərəfin haqlı iradına tuş gəlməyək ...

Haqqında söhbət açacağımız problemi yaşayanlar 8 mart küçəsinin bir qrup  sakinidir. Onlar bu ərazidə yurd salmaları ötən əsirin 70-80-ci illərinə təsadüf edir. 2019-cu ildə Biləsuvar şəhərinin qaz təminatının yaxşılaşdırılması məqsədilə sözügedən küçənin qaz xətti də yenidən çəkilərkən, burada dalandakı 6 mənzilin qaz təminatı nəzərə alınmayıb. Sakinlər bildirir ki, həmin vaxtdan qaz idarəsinə edilən müraciətlərə qarşı tərəf  müsbət həllini tapacağı barədə dəfələrlə yalan vədlər vermişdir.

... Artıq bu işdən 3 il ötür.  Sözügedən problemi yaşayan ailələr, hətta Biləsuvar Qaz istismarı Sahəsinin  5-10 addımlığında yaşayırlar. Ötən dövürdə idarəyə rəhbərlik edənlər, necə deyərlər öz “milçəyini qovub”, kreslodan gözlə görə biləcəkləri bu mənzərini dəyişmək istəməyib.. . Bu mənzillərdən birində Vətən müharibəsinin qəhrəman şəhid oğlu  İqbal  Astanovun böyüməsi də hələ ki, idarə rəsmilərini düşündürmür. (?!). Görəsən bu laqeyidlik nə vaxtadək davam edəcək?

... Rallıq tam bam-başqa, bu evlərin qaz təminatında olan “standartsızlıqlar” kifayət qədərdir.  Burada mənzillərin qaz təminatının “Voyonkomatın” və mənzillərin həyətlərindən keçən “ dolanbac 15 mm- lik” borunun ümüdündə qalması nə dərəcədə doğru?. Mənzillərin qaz sayğaclarının  həyətlərdə olması "Qaydalar"a görə mümkündürmü?.

Bu günlərədə  idarənin başbilənləri  özlərində təpər tapıb, ərazinin küçə xəttinin çəkilməsi üçün, nəhayət “qafa” da işlətmişlər.. .  120 mt. məsafədən küçə xəttinin çəklişi üçün 15 metr söküntü borunu veriblər bir “bölük komandanın” qoltuğuna və deyiblər ki, qalanını küçə sakinlərinin çəkdikləri, öncə qeyd olunan borular hesabına həyata keçirin. Hansı ki, qaydalara görə küçə qaz xətinin ən kiçik diametri 50 mm olmalıdır. Sakinlərin etirazından sonra, bu iş yarımçıq saxlanılmışdır...

P. S :Qarşı tərəfin məsələ ilə bağlı münasibəti də bizim üçün önəmlidir, bildirilərsə,  əlavə  etməyə hazırıq...

      XƏBƏRLƏR ŞÖBƏSİ       22.05.2021








Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan