- 21 may, 20:27
- 670 dəfə oxunub
- 0
“Mercedes” traktorla toqquşdu
Biləsuvar rayonunda yol nəqliyyatı hadisəsi baş verib
“bilesuvarinfo.az” xəbər verir ki, hadisə Bakı-Astara magistralının Biləsuvarın Bəydili kəndindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan Füzuli rayonun Pirəhmədli kənd sakini Məmmədov Kamal Bağban oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili, Biləsuvar rayonunun Bəydili kənd sakini Adışov Elxan Cankişi oğlunun idarə etdiyi troktoktorun arxasındakı presbağlıyan qoşqusuna dəymişdir.
Minik avtomobili ciddi xəsarət alsa da, xoşbəxtlikdən xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.