Bu gün Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin şəhid məzunu İlkin Fərhad oğlu Məmmədovun diplomu valideyinlərinə təqdim olunub.
"bilesuvarinfo.az" xəbər verir ki, şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar şəhərində ata ocağında təşkil olunan təqdimat mərasimində təhsil mərkəzinin və rayon içtimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Mərasimdə mərkəzin müəllimləri Pərviz Səfərov, Sevda Əliyeva şəhid tələbələri ilə bağlı xoş xatirələri yada salmış, vətəprərvirliyindən, milli-mənəvi dəyərlərimizə bağlı oğul olmasından ürək dolusu danışmışlar. Rayonun veteran və qazilərinin əhatəli çıxışlarının ardınca şəhidimizin təhsilini başa vurduğu təhsil müəssisəsinin diplomu onun valideyinlərinə təqdim olunub. Həmçinin sözügeden təhsil mərkəzinin Vətən muharibəsi şəhid məzunlarına həsr etdiyi kitab da şəhid ailəsinə verilib. Qəlbi Şuşa sevgisi ilə döyünən şəhidimizin məzarına Şuşadan gətirilmiş torpaq səpilmişdir.
Qeyd edək ki, Vətən Müharibəsinin ən gənc, ailənin tək oğul qəhrəmanı İlkin 19 yaşını çənnətdə yenicə qeyd edib. O, 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb.
İ.Məmmədov Vətən müharibəsində müstəsna qəhrəmanlıq göstərmişdir. Minaatan batareyanın tərkibində baş tuşlayıcı olmuşdur. Rəhbərlik etdiyi bölük ilk döyüş əməliyyatlarında sərrast atışlarla düşmən hədəflərini məhv etmişdir. Xocavənd uğurunda çətin döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları almışdır.
Davamlı müalicələrə və həkimlərin səylərinə baxmayaraq İ.Məmmədov 6 noyabr 2020-ci tarixində dünyasını dəyişmiş, Bəydili kənd məzarıstanlığında dəfn olunmuşdur. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Allah Sənə rəhmət eləsin, gənc qəhrəmanımız, ruhun şad olsun!
Baş Redaktor
Surxay Şahbazov