» » Biləsuvar MRX PHŞ-də COVID - 19-a qarşı "PROAKT" təlim proqramı fəaliyyətə başlayıb (ŞƏKİLLƏR)


Biləsuvar MRX PHŞ-də COVID - 19-a qarşı "PROAKT" təlim proqramı fəaliyyətə başlayıb (ŞƏKİLLƏR)


Səhiyyə işçilərinin COVID - 19 pandemiyasına qarşı prafilaktik və cavab tədbirləri üzrə potensialının artırılması üçün həyata keçirilən PROAKT təlim proqramı çərçivəsində Azərbaycanda 12 təlim mərkəzləri açılıb. Onlardan biri də mart ayının 9 - dan etibarən Biləsuvar MRX PHŞ də fəaliyyətə başlayıb. Təlimlər təlimçi həkim koordinator Fətullayeva Pərvanə, təlimçi Yusubova Şəfa və digər təlimçilər tərəfindən aparılır. Təlimlərə həkimlər, orta tibb işçiləri, əczaçılar, səhiyyə sistemində işlələyənlər  qoşulub. Həmçinin Gənclər və Karyera mərkəzinin fəal gəncləri və bağça, internat, lisey və məktəblərin tibb işçiləri də mərkəzin iştirakçıları olub.

UNICEF - in Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi və TƏBİB ilə birgə həyata keçirilən proqramın məqsədi infeksiyaların profilaktikası və onlara qarşı mübarizə, COVİD -19 xəstəlik hallarının fərdi idarə olunması, əsas reanimatoloji tədbirlər, geniş reanimatoloji tədbirlər, xəstəxanaların fövqəladə hallara hazırlığı, tibbi nəzarət, fəal kütləvi müayinə, testləşdirmə, təmas qruplarının epidemioloji izlənilməsi və risklər haqqında məlumatlandırma kimi mövzularda məlumatlılığın artırılmasıdır.

Bu proqram UNICEF - in, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin və Səhiyyə Nazirliyinin sıx tərəfdaşlığı üzərində qurulub. 

İlk təlimçilər üçün təlimə (TÜT) ötən ilin dekabrında start verilib. Layihə çərçivəsində 12 rayon təlim mərkəzlərində təlimlər həyata keçirilir. Təlimlərdə 38 təlimçi fəaliyyət göstərir. Artıq bu günə kimi 3000 dən çox səhiyyə işçisi təlim keçmişdir.

     Fətullayeva Pərvanə








Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan